İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

25-02-2019 / 14:22

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yeni layihəyə start verir.

Xeberler.az  bildirir ki, bu gündən İİTKM “Video icmal”ın təqdimatına başlayır. “Video icmalın” təqdimatında məqsəd ölkədə Prezident İlham Əliyevin rəhbərliyi aparılan islahatların daha vizual, daha anlaşıqlı təqdim olunması məqsədi daşıyır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi mütəmadi olaraq islahat proseslərinin məzmununu infoqrafik, vizual video təqdimatlar vasitəsi ilə izahlı şərh edir. Bu təqdimatlar Azərbaycanın telekanallarında, sosial şəbəkələrdə və digər onlayn resurslarda yayımlanır və islahatlara dair aparılan maarifləndimə işlərinə dəstək olur.

“Video icmal” ın ilki Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na əsasən hazırlanan elektron müraciət sistemi həsr edilib. Videoda sistemə girişdən başlayaraq, mürciətin hazırlanması, sənədlərin siyahısı və icra müddəti barədə ətraflı məlumatlar təqdim edilib.

Qeyd edək ki, İİTKM 2017-ci ildən etibarən iki icmal - “İxrac icmalı” və “İslahat icmalı”nı hazırlayaraq, onların onlayn qaydada mütamadi yayılmasını təmin edir. “İxrac İcmalı” qeyri-neft sektoru üzrə ixraca və Azexport portalına daxil olan ixrac sifarişlərinə dair məlumatları əks etdirir, “İslahat icmalı” isə Azərbaycan Respublikasında islahatlarla bağlı qəbul edilən Fərman və Sərəncamlar, dövlət proqramları barədə ətraflı məlumat və şərhlər diqqətə çatdırılır. “Video İcmal” və video ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür:
http://iqtisadiislahat.org/vreview 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.