İran qlobal şəbəkədən ayrılır

10-04-2012 / 14:19
İran ölkə internetini qlobal şəbəkədən ayırır. Hakimiyyət bu addımını vətəndaşlarını “müdafiə” adı altında həyata  keçirir. Rəsmi Tehrandan bildirilir ki,  ölkə internetini qlobal şəbəkədən ayırmaqla dövlətin sənaye və digər obyektləri xarici haker hücumlarından müdafiə olunacaq, virusların yayılmasının qarşısı alınacaq və ən əsası İran istifadəçiləri “təmiz” internetə malik olacaqlar.
RİTN-nin informasiya resurslarından əldə edilən məlumata görə, İran hakimiyyəti "təmiz internet" adı altında “Twitter”, “Gmail”, “Facebook” və oxşar xidmətlərə çıxış imkanının olmamasını nəzərdə tutur. İran dövləti onları şəxsi xidmətləri ilə əvəz etməyi planlaşdırır.
Qeyd edək ki, dünən İran Respublikasının Telekommunikasiya Nazirliyinin bəyanatı yayılıb. Bəyanatda bildirilir ki, 2012-ci ilin avqustuna kimi İranda bütün internet-provayderlər və şəbəkə xidmətlərinin bütün təchizatçıları yerli olmalıdır.
İran istifadəçilərinin xarici saytlara çıxış imkanının olub-olmaması haqqında isə bəyanatda heç bir məlumat yoxdur.
Xeberler.az 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə