“İran və Azərbaycan arasında rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli komissiyalar yaradılacaq”

19-02-2011 / 12:32

“İranın Azərbaycanla poçt sahəsində əməkdaşlığı kifayət qədər qənaətbəxşdir”.

Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Reza Təqipur Ənvəri keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran və Azərbaycan arasında iki tərəfli iqtisadi, siyasi ticarət və mədəniyyət sahəsində əməkdaşlıq uzun illərdir ki, iki ölkə rəhbərlərinin səyi nəticəsində inkişaf edir: “Bu illər ərzində iki ölkə çox nailiyyətlər əldə edib. Xüsusi ilə də iqtisadi sahədə əməkdaşlıqlar kifayət qədər inkişaf edib. Eləcə də mədəniyyət sahəsində də əlaqələr son illər artmaqdadır. Azərbaycanın Tehran və Təbrizdə mədəniyyət günlərinin keçirilməsi, eləcə də İranın Azərbaycanda keçiriləcək mədəniyyət günləri buna əyani sübutdur”.

Nazir İranın Azərbaycanla olan poçt əlaqələrinin də yüksək səviyyədə olduğunu deyib: “Uzun illərdir ki Azərbaycanla poçt əlaqələrimiz var. Şimal Cənub poçt əməliyyatlarının həyata keçirilməsində Azərbaycanla xüsusi əməkdaşlığımız var”. 

İranın rabitə naziri Azərbaycan prezidenti İlham Əliyevlə və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla keçirdiyi görüşləri səmərəli adlandırıb. Nazir bildirib ki, İran rabitə texnologiyasına aid olan sahədə istehsal etdiyi avadanlığı Azərbaycana verməyə hazırdır. Onun sözlərinə görə, İran və Azərbaycan arasında rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli komissiyalar yaradılacaq: “Komissiyanın üzvləri iki ölkə arasında müəyyən mövcud potensialları araşdıracaqlar. Bu ölkələrimizin rabitə sahəsində daha da inkişafına səbəb olacaq”.

Nazir Azərbaycanın kosmosa göndərəcəyi peykdən gələcəkdə istifadə edə biləcəklərini deyib


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə