İşğal olunmuş ərazilərimizdə rouminq sazişi ləğv edilib

01-03-2018 / 20:30

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Vyanaya rəsmi səfər çərçivəsində Avstriya Respublikasının nəqliyyat, innovasiya və texnologiyalar naziri Norbert Hofer ilə görüşüb.

Xeberler.az bildirir ki, görüş çərçivəsində müxtəlif sektorlar üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair səmərəli müzakirələr aparılıb.

R.Quluzadə ölkəmizin təşəbbüsü ilə son illərdə həyata keçirilən regional əhəmiyyətli infrastruktur layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verib.

Bununla yanaşı, İKT sahəsində milli səviyyədə həyata keçirilən proqram və layihələr, o cümlədən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinə də toxunub.

Nazir Quluzadə Avstriya şirkətlərini Azərbaycanın İKT və nəqliyat sektorlarında daha fəal olmağa, öz məhsul və həllərini hər il Bakı şəhərində təşkil olunan Bakutel sərgisində nümayiş etdirməyə dəvət edib.

N.Hofer ölkəsinin Azərbaycanda həyata keçirilən nəqliyyat və İKT layihələrinə xüsusi maraq göstərdiyini, bu xüsusda, iki ölkənin müvafiq qurumları, eləcə də, özəl sektor nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsini təklif edib.

Tərəflər ikitərəfli əməkdaşlığın hüquqi bazasını təkmilləşdirmək məqsədilə iki Nazirlik arasında yeni əhatəli Anlaşma Memorandumunun hazırlanaraq, imzalanması üzrə razılıq əldə ediblər. Həmçinin ikitərəfli əməkdaşlığın tənzimlənməsi üçün İKT və nəqliyyat məsələləri üzrə vahid İşçi Qrup yaradılması ilə bağlı qərar qəbul edilib.

Ramin Quluzadə Azərbaycanın haqlı müraciətinə cavab olaraq, Austria Telekom şirkətinə məxsus Bolqarıstanın M-Tel mobil operatorunun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən Karabakh Telecom-la rouminq sazişini ləğv etməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı R.Quluzadə, həmçinin Bakı şəhərinin Ümumdünya Sərgisinə 2025-ci ildə ev sahibliyi etmək namizədliyi barədə məlumat verib və Avstriyanı namizədliyimizi dəstəkləməyə çağırıb.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.