İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019 / 12:41

"“Azərişıq” ASC son iki ay ərzində Smart-kart tipli və SMS sayğaclar üçün Sensemi DMCC of Dubai şirkətinə 8 000 000 manat vəsait ayırıb. Bilmirəm bu nə şirkətdir, haradadır ? Amma düşünürəm ki, burada vəsaitin həcmindən daha çox ictimai əhəmiyyət kəsb edən məsələ sayğacların hansı xarici şirkətə məxsus olması, bu sayğacların ölkəmizdə hansı dövlət qurumlarının sertifikasiyasından keçməsidir. Yetərli dövlət nəzarəti təmin olunubmu ? Məlum olduğu kimi ötən il vətəndaşlara işlətdikləri real enerji sərfiyyatından bir neçə dəfə artıq sərfiyyat yazılması ilə bağlı şübhələr ətrafında xeyli ictimai müzakirələr keçirildi. Azərişıq bu şübhələri təkzib edirdi. Amma baş verənlər göstərirdi ki, ciddi problemlər var."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert Azərişıq-ın bununla bağlı ictimaiyyətə yetərli məlumat verməli olduğunu da qeyd etdi :

"Ötən il baş verənlər bir daha göstərdi ki “ağıllı sayğaclar” və “ağıllı sistemlər” öz klassik funksiyalaırndan əlavə, kənar müdaxilə ilə “kütləvi narazılıq” funksiyasını da yerinə yetirə bilirlər. Bu baxımdan ağıllı sayğacların yalnız Azərişıq-ın və ya standartlaşdırma üzrə dövlət qurumlarının deyil, təhlükəsizliklə əlaqəli qurumların da diqqət mərkəzində olması, ictimai nəzarət imkanlarının yaradılması doğru olardı. Fikrimcə, Azərişıq bununla bağlı ictimaiyətə yetərli məlumat verməli, dövlət nəzarəti gücləndirilməlidir, vəsaitlər və texnoloji proseslər üzərində ictimai nəzarət imkanları yaratmalıdır."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.