İslahat İcmalı elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

07-02-2019 / 10:18

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində islahatlara həsr olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanına əsasən ötən ilin dekabr ayının 25- də sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müddət 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-ə endirilib.

Xeberler.az  bildirir ki, sahibkarın müraciəti zamanı təqdim edilən sənədlər əsasında yerindəcə ödəniş həyata keçirilir. Sonrakı mərhələdə isə “Elektron Xəritə” vasitəsilə artıq obyektin yeri və ona ən yaxın güc mərkəzi dərhal müəyyənləşdirilərək ASAN Portala yerləşdirilir.

Aparılan islahatların ardıcıl və məntiqli icrasını təmin etmək məqsədilə ilə Respublika Prezidentinin Fərmanına əsasən yaradılan Texniki Şuraya daxil olan qurumlar arasında elektron məlumat mübadiləsi nəticəsində isə sahibkarların iştirakı olmadan bütün lazimi işlər daha operativ və çevik şəkildə həyata keçirilir. “İslahat icmalı” ilə aşağıda təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz:

http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2019/fevral/DB_2019_Electricity.pdf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.