İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019 / 11:54

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinə həsr olunub.

Xeberler.az  bildirir ki, Prezident İlham Əliyevin 22 Fevral 2017 tarixli Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına uyğun olaraq dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı yaradıldı. Qovşaq bir çox istiqamətlərdə, həmçinin sahibkarlara ixrac sənədlərinin onlayn vahid ixrac ərizəsi vasitəsilə təqdim edilməsi xidmətləri göstərir.

Qeyd edək ki, onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Onlayn vahid ixrac ərizəsində təqdim olunan elektron pul kisəsi isə nağdsız ödənişlərin genişləndirilməsi, dövlət proqramında nəzərdə tutulan istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından vacib rol oynayır.

Dünyada ilk dəfə Azərbaycanda təqdim olunan onlayn vahid ixrac ərizəsi vasitəsi sahibkarlara ofislərini tərk etmədən ixrac üçün lazım olan bütün sənədləri (Mənşə, Fitosanitar, Baytarlıq, Qida Təhlükəsizliyi, Sərbəst Satış sertifikatlarını, İxrac təşviqi sənədini və Gömrük bəyannaməsini) əldə etmək imkanı verir.

Qeyd edək ki, onlayn vahid ixrac ərizəsi Rəqəmsal Ticarət Qovşağında fəaliyyət göstərir və ərizədən qeyd olunan link vasitəsi ilə https://dth.azexport.az/az/ qeydiyyatdan keçdikdən sonra istifadə etmək mümkündür. Onlayn vahid ixrac ərizəsini ətraflı izah edən sosial videoçarxla burada tanış olmaq mümkündür: https://bit.ly/2BP9aci 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.