İslam Mədəniyyətinin paytaxtı - Bakıya həsr olunmuş poçt markaları buraxılıb

19-02-2009 / 15:27

Markaların üzərində "İçərişəhər" abidə kompleksi təsvir olunub

2009-cu il üçün İslam Mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhərinə həsr olunmuş poçt markaları buraxılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifariş etdiyi markalar üzərində "İçərişəhər" abidə kompleksi təsvir olunub və "İslam mədəniyyəti paytaxtı" sözləri yazılıb. Markalar Belarus Respublikasının "Belaruskiy Dom Peçatı" mətbəəsində çap olunub. /ANS PRESS/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə