İstədiyin adama anonim mesaj yaz-Yeni proqram

08-08-2017 / 15:43

Son vaxtlar təqdim edilən yeni proqram internet istifadəçiləri tərəfindən böyük maraqla qarşılanır.

Belə ki, Səudiyyə Ərəbistanda yaradılan anonim mesaj göndərmək platforması Sarahah dünyada sürətlə populyarlaşır.

Proqram nədir, necə işləyir, Sarahah-a niyə bu qədər maraq  var?

Öncə tətbiqi mobil telefonunuza yükləyirsiniz. Qeyd edək ki, Sarahah həm Andorid, həm də iOS-da təqdim edilib. Qeydiyyatdan keçdikdən sonra bunu sosial şəbəkələrdə öz profilinizdən dostlarınız ilə paylaşırsınız. Daha sonra sizin Sarahah-dakı ünvanınıza anonim mesajlar gəlir. Mesajları görürsünüz, amma platformada onlara cavab yaza bilmirsiniz. İstifadəçilər isə qeydiyyatdan keçəndə bu xəbəri paylaşdıqları platformalarda həmin suallara screen-lərdə cavab verirlər. Yəni, belə desək, onlar Sarahah-da olduqlarını paylaşdıqları sosial şəbəkədən (Facebook, Instagram) mesaj gəldiyini bilərək, screen-lərdəki mesajları ilə onlara cavab vermiş olurlar.  

Sarahah ZainAlabdin Tawfiq adlı proqramçı tərəfindən yaradılıb. Bu layihədə yalnız 3 nəfər çalışır.

Sarahah-ın ərəb dilində “düzlük”, “doğruluq” mənasını verir.

ZainAlabdin Tawfiq açıqlamasında bildirib ki, bu tətbiqi 1 il öncə şirkətdə işçilərin müdirə anonim mesaj yazmasına şərait yaratmaq üçün yaradıb. Daha sonra platformaya böyük maraq olduğunu görən Tawfiq ötən aydan proqramı açıq elan edib.

Onun sözlərinə görə, insanlar dostlarının və ailələrinin onlar haqda nə düşündüklərini öyrənmək istədikləri üçün Sarahah bu qədər auditoriya toplaya bilib.

Qeyd edək ki, hazırda tətbiqin 300 milyondan çox istifadəçisi var. İnternet mağazalarda ən çox yüklənilən proqramdır.

Proqram 25 ölkədə təqdim edilib. Azərbaycanda da tətbiqdən istifadə edənlərin sayı hər gün artır.

Günel

 

  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə