İstədiyiniz məlumata daha tez çatan axtarış sistemləri

07-10-2015 / 13:13

İnternetdə axtarış edərkən arzuladığımız məlumatları daha sürətli əldə etməyə çalışırıq. Bəzən üz tutduğumuz axtarış sistemi bizə kömək etməyəndə başqa alternativ sistemlər  axtarırıq.  Məsələn, dünyanın lider axtarış motoru Google-da bir axtarış etdikdə hətta bir saniyədən az müddətdə milyonlarla nəticə çıxır. Bu qədər nəticənin içində lazımlı məlumatı tapmaq bəzən  çətin olur. Hansısa məlumatı axtararkən birbaşa lazımlı məlumatlara  çatmaq üçün alternativ axtarış sistemlərdindən istifadə etmək olar.

Xeberler.az bunu nəzərə alaraq ən  çox istifadə olunan və istifadəçilərin istədikləri  məlumatlara daha tez çata bilməsini təmin edən  axtarış sistemlərini araşdırıb.

iSEEK Education

 

iSEEK(www.iseek.com) axtarış motoru tələbələr, müəllimlər, elmi tədqiqatçılar üçün xüsusi hazırlanıb.  Lakin sistemdən hər kəs istifadə edə bilər. Axtarışı ümumi olaraq veb üzrə və ya “Education” bölməsini seçərək sırf mötəbər mənbələrə əsasən etmək mümkündür. Axtarışdan sonra nəticələri sol tərəfdə mənbələrə ,başlıqlara, yazılarda bəhs edilən şəxslərə, yerlərə, təşkilatlara və s. üzrə də qurplaşdırılır. Həmçinin bu axtarış sisteminin daha yaxşı nəticələr verməsi üçün daim nəzarət saxlayan redaktorları var.

Google Scholar

 

Elmi materiallar və mənbələr üzrə axtarış aparmaq üçün Google-un öz xüsusi Google Scholar (scholar.google.com) axtarış motoru da var. Burada axtarış zamanı nəticələr yalnız məqalələr, tezislər, kitablardan çıxarışlar, qanunlar, məhkəmə qərarlarından ibarət olur.

Google Books

 

Google Books(books.google.com) internetdə kitab və jurnallar axtarışı etmək üçün geniş imkanlar verir. Burada axtardığınız ifadələrə əsasən kitablar və ya jurnallar qarşınıza çıxdığı zaman, əgər müəllifin icazəsi varsa, materiala göz gəzdirə, hətta ödənişsiz yükləyə bilərsiniz, bundan başqa sistem sizə həmin material haqda ətraflı məlumat verir, hətta satış yerlərini də göstərir.

 Dogpile

 

Dogpile(www.dogpile.com)  axtarışı eyni anda Google, Yahoo kimi böyük axtarış sistemi da daxil olmaq bir çox axtarış sistemləri əsasında həyata keçirir və hər birindən topladığı önəmli nəticələri göstərir. Bu da sizin eyni axtarışı bir neçə axtarış motorunda təkrarlayaraq vaxtınızı itirməyinizin qarşısını alır.  

DuckDuckGo

 

DuckDuckGo(www.duckdukcgo.com) semantik axtarış motorudur. Bu texnologiya axtarış üçün yazdığımız sözlərin mənalarını “başa düşür”. Beləliklə, axtarış üçün bizim məlumatlarımızı toplamaq məcburiyyətində qalmır. Əgər Siz də internetdə məxfiliyinə əhəmiyyət verən və şəxsi məlumatlarının Goolge, Yahoo kimi şirkətlər tərəfindən toplanmasını istəməyən birisinizsə, DuckDuckGo və bunu kimi digər semantik axtarış motorlarından istifadə edə bilərsiniz.

 Murad Məmmədzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə