İstədiyiniz yeməyi telefonda sifariş edə bilərsiz- FoodLook

10-12-2015 / 10:53

Bakıda dadlı yeməklər və cəlbedici restoranlar axtarışında olanlar üçün yeni FoodLook Baku mobil proqramı fəaliyyətə başlayıb.

Xeberler.az-ın məlumatına görə, Foodlook Baku istədiyiniz yemək və restoranları asanlıqla tapa bilmənizə, hətta inqredientlər (yeməyin tərkibi), qiymətlər, orta hesab, mətbəx, xəritə üzrə axtarış etmənizə imkan yaradır.

Həmçinin FoodLook Baku-un köməkliyi ilə cibinizə uyğun yeməkləri də asanlıqla tapa bilər, “Reytinq aləmi” bölməsində ən dadlı yeməklərin və məşhur restoranların siyahısı ilə tanış ola bilərsiniz.

Mobil proqramda “Yaşıllıq dünyasına xoş gəldiniz” bölməsi veqetarianlar üçün nəzərdə tutulub. Belə ki, əgər vegeteriansınızsa, FoodLook sizə istədiyiniz yeməyi tapmağa yardım edəcək.

FoodLook-dakı digər özəllik isə bir çox yeməklərinin şəkillərini, qiymətini, ingredientlərini təqdim etməsidir.

Mobil proqram iki dildə -Azərbaycan, rus dillərində fəaliyyət göstərir. FoodLook Baku-nun Android üçün mobil tətbiqini yükləyib xidmətdən istifadə edə bilərsiniz. iOS sistemi isə iki aydan sonra istifadəyə veriləcək.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə