İstehlakçıların İT şirkətlərinə loyallığı müəyyənləşib

08-04-2015 / 10:23

“SurveyMonkey” tədqiqat şirkəti 5 min istehlakçı arasında sorğu keçirərək onların məşhur brendlərə loyallığını müəyyənləşdirib. Reytinqdə birinci yeri “Samsung” şirkəti tutub.
 
Xəbərlər rabitə və yüksək texnologiyalar  nazirliyinə istinadən məlumat  verir ki, 2014-cü ilin dördüncü rübündə aparılan tədqiqata görə, istifadəçilərin "Samsung”un məhsul və xidmətlərinə sədaqət göstəricisi 100 mümkün baldan 35 bal səviyyəsində qiymətləndirilib. Bu göstərici digər elektronika və proqram təminatı istehsalçıları arasında ən yüksək olub. Cənubi Koreya istehsalçısı sorğunun nəticələrinə görə 28 bal toplayan “Apple” şirkətini üstələyə bilib. Eyni göstəriciyə ABŞ-ın fərdi maliyyə işlərinin aparılması və kiçik biznesin idarə olunması üçün xidmətlərin yaradılmasında ixtisaslaşan "Intuit” şirkəti nail olub.
 
“Adobe” (13 bal) və “Microsoft” (-8) şirkətlərinin nəticələrini də qeyd etmək lazımdır. “Microsoft”un mənfi göstəricisi istehlakçıların onun məhsul və servislərinə mənfi münasibətini əks etdirir.
 
Bundan başqa, “SurveyMonkey” mütəxəssisləri insanların aparıcı İT şirkətlərində müştərilərə göstərilən texniki xidmətin səviyyəsi ilə bağlı fikirlərini öyrəniblər. Burada aktivində 41 faiz səs toplayan “Apple” şirkəti liderdir. İkinci və üçüncü yerdə müvafiq olaraq 25 və 24 faizlə "Samsung” və “Intuit” qərarlaşıb. “Microsoft” bu reytinqdə də 19 faiz toplamaqla rəqiblərindən geri qalıb, lakin göstəricisi 16 faiz təşkil edən “Adobe” şirkətini qabaqlayıb.
 
Britaniyanın “Brand Finance” konsaltinq agentliyinin 2015-ci il üçün olan məlumatına görə, “Apple” 128,3 milyard dollarlıq (bir il əvvəldən 23 faiz çox) qiymətləndirmə ilə hələ də ən bahalı brenddir. "iPhone” və “iPad” istehsalçısından sonrakı yeri 81,7 milyard dollarlıq (illik hesablamada 4 faiz artım) göstərici ilə “Samsung” tutub.
 
Liderlər üçlüyünə il ərzində markası 12 faiz bahalaşaraq 76,7 milyard dollar təşkil edən “Google” şirkəti də daxildir. Dördünü yerdə “Microsoft” yer alıb (67,1 milyard dollar, 2014-cü ilə nisbətdə +7 faiz). 

Xeberler. az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə