İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017 / 11:24

Bu gün Bakıda Microsoft Azerbaijan şirkəti və İstək Liseyi arasında anlaşma memorandumu imzalanıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, sənədi Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov və İSTƏK liseyinin direktoru Elxan Əliyev imzalayıblar.

Memoranduma əsasən, İSTƏK liseyində Microsoft-un təhsil yönümlü təşəbbüslərinin inkişafı və təşviqi həyata keçiriləcək. 

O cümlədən sənədə akademik proqramlar vasitəsilə Microsoft-un informasiya resurslarının İSTƏK liseyinin təhsil proqramına inteqrasiya edilməsi üzrə yardım, İSTƏK liseyinə Microsoft-un akademik lisenziya proqramları, həmçinin Microsoft Imagine proqramı vasitəsilə araşdırma üçün Microsoft məhsulları və təhsil məqsədləri haqqında müvafiq məlumatların təqdim edilməsi, İSTƏK liseyinə Microsoft Office 365 haqqında müəllim və tələbələr üçün internet əsaslı əməkdaşlıq mühitinin inkişaf etdirilməsinə dair müvafiq məlumatların təqdim edilməsi, həmçinin akademik lisenziya şərtlərinə uyğun olaraq Microsoft məhsullarının tətbiq edilməsinə köməklik göstərmək daxildir.

Bununla yanaşı, memorandum tərəflərin əməkdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyətlər üçün müvafiq şəraitin yaradılmasını, İSTƏK liseyinin tələbə və müəllimlərinin Microsoft Office 365 proqamından istifadə imkanının təşkili və idarə edilməsinə köməkliyi, əməkşdaşlığın şərtlərinə uyğun olaraq lisey daxilində təbliğat-təşviqat işlərinin aparılmasını və İSTƏK liseyinin tələbə və müəllimləri arasında lisenziyalı proqram təminatlarının istifadəsinin təşviqinə yardımı nəzərdə tutur.

Qeyd edək ki, İSTƏK liseyinin tədris proqramına İKT-nin inteqrasiyası üzrə potensialın artırılması çərçivəsində artıq sözügedən təhsil ocağında istifadə olunan Microsoft məhsulları tam lisenziyalaşdırılıb və hazırda lisey Təhsil üçün Office 365-dən istifadə edir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.