İstifadəçilər Facebook-u məhkəməyə verdi

28-03-2018 / 16:04

Facebook mobil tətbiqinin 3 istifadəçisi şirkəti məhkəməyə verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, istifadəçilər şirkəti onların şəxsi məlumatlarını yaymaqda ittiham edirlər. 

Onlar şikayət ərzilərini ABŞ-ın Kaliforniya ştatının məhkəməsinə verib.

Facebook-dan isə dəymiş zərərin kompensasiya edilməsi tələb olunur.

Şirkət məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Ötən həftə Facebook-un Android istifadəçilərinin zəngləri və SMS-ləri barədə məlumat topladığı məlum olub. Sosial şəbəkə bəyan edib ki, məlumat yalnız istifadəçilərin razılığı əsasında toplanılır və 3-cü şəxsə ötürülmür. 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.