İstifadəçilər iPhone-da təhlükəsizliklərini necə qoruya bilər?

11-11-2015 / 12:52

Məlumdur ki, smartfonlarda məlumat təhlükəsizliyi hər bir istifadəçi üçün böyük əhəmiyyətə malikdir. Bəzən istifadə etdiyimiz smartfonlardakı məlumatların təhlükəsiz istifadəsi ilə bağlı istifadəçilər narahat olurlar. 

Xeberler.az olaraq sizlərə iPhone-da məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün quraşdırmalı olduğumuz  lazımlı  və vacib parametrləri araşdırdıq.

Brauzer təhlükəsizliyi

Mobil telefonunuzda internetdən istifadə edərkən brauzer tarixcəsini izləyən funksiyalar var. Bu funksiyalar istifadə etdiyiniz saytları daha rahat tapmanıza da kömək edir. Belə funksiyaların istifadəsinin qarşısını almaq üçün Settings > Safari > Block Cookies bölməsinə daxil olub, istədiyiniz funksiyaları dəyişdirə bilərsiniz.

Saxta veb saytlara daxil olmanın qarşısını almaq üçün Fraud Warning bölməsini aktivləşdirə bilərsiniz. Bundan əlavə,  Safari parametrlərinin əsas bölməsindən yaddaşda qalan  istifadəçi adlarınızı, şifrələrinizi və kredit kartlarınızda dəyişikliklər edə bilərsiniz.

Güclü şifrələmə və  Touch ID funksiyasını aktivləşdirmək

İnsanların şəxsi məlumatlarınızı ələ keçirmək üçün istifadə edilən  ilk şey şifrənizdir. Bunun qarşını alamq üçün şifrə seçərkən 4 simvoldan daha uzun şifrə seçmək lazımdır. Simvollarda həm hərflərdən, həm də rəqəmlərdən istifadə etmək tövsiyyə olunur. Güclü şifrələmədən başqa Touch ID funksiyasından da istifadə edərək şəxsi məlumatlarınızın təhlükəsizliyini tam təmin edə bilərsiniz. Touch ID funksiyasını aktivləşdirmək üçün Settings > Touch ID & Passcode bölməsinə daxil olub iPhone Unlock funksiyasını aktivləşdirməlisiniz.

Reklamların deaktiv edilməsi

İnternetdən istifadə edərkən olduğunuz məkana uyğun reklamların qarşısını almaq üçün Settings > Privacy > Location Services > System Services bölməsinə daxil olaraq Location-Based iAds funksiyasını deaktiv etməlisiniz. Bundan əlavə,  bu bölmədən istədiyiniz funksiyanı deaktiv edə bilərsiniz.

 Find My iPhone funksiyası

Find My iPhone tətbiqi telefonunuz oğurlandıqda harada olduğunu təyin etmək üçün istifadə olunur. Bunun üçün iCloud hesabınızın olması vacibdir. Find My iPhone funksiyasını aktivləşdirmək üçün Settings > Privacy > Location Services > Find iPhone > While Using the  App seçməli, daha sonra Settings > iCloud > Find My iPhone bölməsinə daxil olub aktiv etdikdən sonra Send Last Location funksiyasını da aktivləşdirməlisiniz.

 Əgər iPhone-nunuz başqa birinin əlinə keçibsə, kompüterdə iCloud hesabınıza daxil olaraq Lost Mode funksiyasını aktivləşdirərək yerini təyin edə bilərsiniz. Bundan başqa, şəxsi məlumatlarınızın ələ keçirilməməsi üçün telefonunuzu iCloud hesabınızdan silə bilərsiniz.

Siri tətbiqi

Siri tətbiqi artıq bu ildən daha da inkişaf edib. Bir çox işiniz üçün Siri-ni rahatlıqla istifadə edə bilərsiniz.

Siri tətbiqini aktivləşdirmək üçün Settings > General > Siri bölməsinə daxil olaraq Siri-ni aktiv edə bilərsiniz. Siri tətbiqindən Touch ID və ya şifrələmə aktiv olduqda belə istifadə etmək mümkündür.

“Hey Siri” bölməsinə aktivləşdirərək home düyməsini istifadə etmədən Siri-ni istifadə etmək mümkündür. Bu isə təhlükəli hesab olunur. Təhlükəsizliyi tam təmin etmək üçün bu funksiyanı Settings > General > Siri bölməsinə daxil olaraq Allow “Hey Siri” funksiyasını deaktiv etməlisiniz.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.