İstifadəçilər iPhone X-dən narazıdır

07-12-2017 / 14:09

Apple şirkətinin istehsal etdiyi iPhone X-dən istifadə edən yaponlar və çinlilər qadcetə quraşdırılmış biometrik identifikasiya funksiyasından narazıdırlar.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki,  Face ID sifətin tanınması texnologiyası Asiya ölkələrinin əksər sakinlərinin qıyıq gözlərini tanımır.

iPhone X-in kilidinin açılması üçün qadcetin istifadəçinin açıq gözlərini görməsi lazımdır.

Lakin məlum olub ki, Face ID texnologiyasında bir çox çatışmazlıqlar var. www.reddit.com sosial xəbərlər saytının istifadəçilərindən biri Face ID texnologiyasının onun sifətini tanımadığını əks etdirən görüntüləri şəbəkəyə yerləşdirib.

Hələ ki, bu səhvi aradan qaldırmaq mümkün deyil. iOS-un növbəti yenilənməsinin asiyalıların sifətin identifikasiyası problemini həll edəcəyi gözlənilir.

Apple korporasiyasının nümayəndələri Face ID texnologiyasının müxtəlif millətlərin nümayəndələrində sınaqdan keçirildiyini iddia edirlər. Lakin təcrübədə məlum olub ki, iPhone X qıyıq gözlərə malik olan sahiblərini həmişə tanımır.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.