İstifadəçilər narazılıq edir-Kompüterlər açılmır

11-01-2018 / 12:27

Məlumat verdiyimiz kimi, Microsoft yayımladığı təhlükəsizlik yeniləmələrindən dolayı  Windows 7 və Windows 8 ilə çalışan əməliyyat sistemlərin zəifləyəcəyi barədə xəbərdarlıq etmişdi.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, şirkət artıq Meltdown və Spectre boşluqlarını aradan qaldıran təhlükəsizlik yeniləməsinin yayılmasını dayandırıb. 

Buna səbəb isə yeniləmənin kompüterləri söndürməsi olub.

İstifadəçilərdən gələn ciddi narazlıqlardan sonra şirkət yeniləməni dayandırmalı olub.

Microsoft şirkətinə edilmiş şikayətə görə təhlükəsizlik yeniləməsinin quraşdırılmasından sonra onların kompüterləri açılmır,  kompüterdə yalnız mavi ekran görünür.

AMD ve Microsoft bu problem üzərində işlərə başlayıb.  

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.