“İstifadəçilərin şəxsi məlumatı oğurlanmayıb”

09-01-2018 / 15:47

Bir müddət öncə məlumat verdiyimiz kimi, texnologiya dünyası təhlükə ilə üzləşib.

Belə ki, Google-un Intel, AMD və ARM-ın istehsal etdiyi prosessorlarında aşkar etdiyi Meltdown və Specter kimi tanınan kritik təhlükəsizlik boşluqları bütün texnologiya dünyasını problemlə ilə qarşı-qarşıya qoyub.

Bu hadisə dünyada bütün kompüter və smartfonlar təhlükədə olduğu anlamına gəlir. Çünki bu cihazlar qeyd edilən firmaların prosessorları ilə çalışır.

İndiyə qədər bununla bağlı Intel-dən hər hansı rəsmi açıqlama və şərh gəlmədi.

Dünya mediasında yer alan iddilara görə hadisədən sonra Intel-in CEO-su Brian Krzanich şirkətdə hissələrini də satışa çıxarıb.

Brian Krzanich hazırda ciddi müzakirə edilən məsələ ilə bağlı ilk dəfə CES 2018  konfransında danışıb.

Xeberler.az bildirir ki, CEO çıxışına bu sözlərlə başlayıb:

“Başlamadan əvvəl texnologiya sektoruna qarşılaşdıqları təhlükəsiz zəifliklərinə qarşı operativ reaksiya verdiklərinə görə təşəkkür edirəm, bu, həqiqətən möhtəşəm idi ".

Microsoft, Amazon, Google, Apple və digər şirkətlər Meltdown və Specter-ə qarşı proqram təminatlarının yenilənməsi ilə cihazlarını qorumağa başladı.

Krzanich bu boşluqlara görə, istifadəçi məlumatlarının oğurlandığı iddialarını rədd edib.

Onun sözlərinə görə, həftənin sonuna qədər prosessorların 90 faizi işlək vəziyyətə gətiriləcək.

Intel-ə görə bu təhlükələrdən qorunmağın ən yaxşı yolu proqram yeniləmələrini tətbiq etməkdir. 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.