İT gəncləri bir araya toplayan - WebMən təqdim olunacaq

30-07-2015 / 12:07

Gəncədə bir qrup gənc yeni innovativ layihəyə - WebMən layihəsinə başlayıb.   WebMən – İnnovativ Qrup layihəsi Azərbaycanda bacarığı olan, amma potensialını təqdim etməyə imkan tapmayan İT  gəncləri bir araya toplayacaq. 

Bu barədə Xeberler.az-a layihənin rəhbəri Tələt Rzayev məlumat verib.

O,  layihənin əsas məqsədindən Xeberler.az-a danışıb:

“Bəzən elə gənclər olur ki, yaxşı texnoloji biliyi və bacarığı olur. Lakin əksər vaxt öz işini və bacarığını təqdim edə bilmir. Məqsədimiz, həmin gəncləri bir platformada toplmaqdır ki, kimin hansı bacarığa sahib oluğunu müəyyənləşdirək,  onlara bacarıqlarını təqdim etməyə yardım edək".

Tələt Razayevin  sözlərinə görə,   WebMən  sayəsində gənclər özlərini  bir daha kəşf edə, inkişaf etdirə biləcəklər.  Peşəkar layihələrdə özlərini sınamaq imkanını qazanacaqlar.

Layihə rəhbəri qeyd edib ki, WebMən platformasına qoşulmaq üçün İT gənclər təqdim olunmuş müraciət formasını doldurmalıdır. Layihədə iştirak məsələsini İT mütəxəssislər müəyyən  edəcəklər. 

Qeyd edək  ki, hazırda  layihə üzərində işlər davam edir. WebMən – İnnovativ Qrup-un saytında ( http://webman.ws/) qeyd olunub ki, yaxın vaxtlarda layihə gənclərə  təqdim ediləcək. 

 

Məltəm Talıbzadə,

Gəncə şəhəri


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə