İT mütəxəssisə ehtiyac var

15-05-2015 / 16:14

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

“Azpod MMC” 19-30 yaşlarında, ali təhsilli, iş təcrübəsi 1 il olan, ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilən, GPS navigasiya programlarından istifadə edən kompüter operatoru axtarır. Əmək haqqı 600 AZN-dir.
Telefon: (012) 562-41-23
E-mail: [email protected].
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ultel - Ulduz Telekom 25 - 45 yaşlarında, ali təhsilli, iş təcrübəsi (proqramçı olaraq) 1 ildən 3 ilə qədər, C# və Pl/sql proqramlaşdırma dilində bacarıqlar, PHP proqramlaşdırma dilini bilən proqramçı axtarır. Əmək haqqı 600 - 800 AZN-dir. Əlaqədar şəxs - Şamil m.
Telefon: (012) 490-49-99
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Modenis 22 - 40 yaşlarında, ali təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan, SQL bilikləri – MS SQL (T-SQL), mürəkkəb SQL sorğularının yazılması, müxtəlif hesabatların çıxarılması (SQL sorğularla aylıq, gündəlik və s.) , proqramlaşdırma bilikləri – C#, VS2010, ingilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi) proqram loqolarının analizi və protokolların mənimsənilməsi prosesində işinə məsuliyyətlə yanaşacaq proqramçı-analitik axtarır. Əmək haqqı 1200 - 1700 AZN-dir.
Telefon: (012) 404-48-80
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

500 - 800 AZN Mars Tech Limited Tier 2 Texnologiya Mütəxəssisi (Enterprise Services Division) vəzifəsinə namizəd axtarır.  20 - 30 yaşlarında, ali texniki təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər, proqram təminatının quraşdırılması konfiqurasiyası, şəbəkə idarəetmə, DNS, DHCP, WINS, VPN bilmək tələb olunur. Əlaqədar şəxs Kəmalə İsmayılova
Telefon: (012) 598-82-83
E-mail: [email protected]
CV-lərinizi [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

23-30 yaşlarında, ali texniki təhsili olan, proqramçı olaraq iş təcrübəsi keçmiş namizədlər axtarılır.  Namizəddən tələblər: C# və Pl/sql proqramlaşdırma dilində bacarıqlar. Əmək haqqı 600 AZN-dir.
E-mail: [email protected]
CV-lərinizi [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Baku Electronics ali təhsilli (Kompüter, Elektronika, Riyaziyyat mühəndisliyi sahəsi üzrə ali universitet məzunu), iş təcrübəsi 2 il olan (microsoft .Net Framework, Java, C #, ASP.NET və TSQL proqramları üzrə ən az 2 illik təcrübəyə malik), web developer axtarır. Namizədlər XML, Windows və web xidmətləri sahəsində məlumatlı, object oriented proqramlama sahələrində məlumatlı, ERP, CRM sahəsində təcrübə (təcrübəsi olanlara üstünlük veriləcək), texnika üzrə məlumat araşdırmağı bacaracaq səviyyədə ingilis dilini bilənlər müraciət etsin. Əmək haqqı 700-1000 AZN-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Web Studio "AVANGARD" Veb dizayner vakansiyasını elan edir. Namizədə tələblər: PhotoShop, CorelDRAW və digər dizayn proqramlarını bilməli, veb saytların dizaynı sahəsində təcrübəsi olmalı və ya bir neçə veb sayt şablonlarından ibarət portfoliosu olmalıdır. Flash bannerlər yarada bilənlərə və CSS3/Html bilənlərə üstünlük veriləcək. Əmək haqqı 500-1500 AZN-dir.
Göndərilən məktubun mövzu hissəsinə "veb dizayner" yazmağınız xahiş olunur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

“Kapital Bank" ASC aparıcı proqramçı vəzifəsinə vakansiya elan edir. Namizədlər texniki ali təhsil ( İT sferasında təhsil arzu olunandır), 3 il iş təcrübəsi olan, məlumat bazasının layihələşdirilməsində iştirak, SQL, T-SQL dilində skriptlərin işlənib hazırlanması və test olunması, işlənib hazırlanan həllərin sənədləşdirilməsi, bankda tətbiqi proqramların icrasının optimallaşdırılması, SQL üzrə sorğuların və PL/SQL-paketlərinin modifikasiyası, məlumat bazasının yeni imkanlarından istifadə üzrə tövsiyələrin verilməsi,  ETL-prosedurların, hesabatların işlənib hazırlanması üçün detallı şəkildə istiqamətlərin yazılması və razılaşdırılması, texniki ingilis dili bilikləri(minimum texniki sənədləşməni oxuma bacarığı), sybase məlumat anbarının proqramçı vəzifəsində 3 ildən az olmayaraq iş təcrübəsi, ETL-proseslərin işlənib hazırlanmasında təcrübəli şəxslər əlaqə saxlaya bilərlər.
Telefon: 493-66-30
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Development Services Group "DSG"  veb dizayner axtarır. Namizəd ali təhsilli, 3 il müvafiq sahədə iş təcrübəsi olan, PhotoShop, CorelDRAW və digər dizayn proqramlarını bilməli, veb saytların dizaynı sahəsində təcrübəsi olmalı və ya bir neçə veb sayt şablonlarından ibarət portfoliosu olmalıdır. Flash bannerlər yarada bilənlərə və CSS3/Html bilənlərə üstünlük veriləcək. Əmək haqqı 1000 AZN-dir.  Əlaqələndirici şəxs: Elvida Mustafayeva
Telefon: 012 437 99 03
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə