İT mütəxəssislər üçün iş yerləri

29-08-2015 / 11:40

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Qeyd edək ki, Xeberler.az ötən vakansiyanı avqustun 22-də təqdim etmişdi.

Medya Turk MMC 22-45 yaşlarında, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan Java proqramçı vakansiyasını elan edir. Şirkət namizəddən Java EE (xüsusilə EJB, JPA JAX-WS) proqramını, Socket Proqramlaşdırmanı (JAVA NIO paketi, async proqramlaşdırma), Data strukturlarını (XML, JSON, və s.) bilməyi tələb edir.Əmək haqqı 1000-1500 AZNdir. Əlaqədar şəxs Emin Bəylərov
Telefon: (070) 611-88-11, (055) 768-06-60, (012) 492-33-45
E-mail: info@medyaturk.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

3D modellərin hazırlanması, qrafik proqramlardan istifadə edərək video faylların xüsusi effektlərlə yaradılması və montaj edilməsi, səs faylları ilə işləmə bacarığı olan 3D Dizayner axtarılır. Namizədin ali təhsilli, rus, ingilis, türk dillərini bilməsi əlavə üstünlük sayıla bilər. Əmək haqqı 1000 AZNdir.
E-mail: sagayeva1@matanata.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Kolorit 22-35 yaşlarında, rus, Azərbaycan dil bilikləri, dizayner kimi 3  il minimum iş təcrübəsi olan şəxsləri qrafik dizayner kimi işə dəvət edir. Namizəddən Corel Draw, Photoshop – proqramlarını əla bilməli, müxtəlif dizayn işlərinin hazırlanması (Buklet, flayer, biznes kartlar, loqolar və s.) tələb olunur. Əmək haqqı : 800-1200 azn
E-mail: zaur@orka.az
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini müraciət etdiyi vəzifənin adını (qrafik dizayner) yazaraq zaur@orka.az elektron ünvanına göndərə bilərlər. Əlavə olaraq namizəd öz (Portfolio)- nu əlavə etməlidir.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Həmidov studio 20-40 yaşlarında, natamam ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri Java proqramçı vəzifəsinə işə dəvət edir. Namizədlər Java SE/EE, Oracle + PL/SQL, ORM biliklərindən anlayışlı olmalıdırlar. Əmək haqqı 1000-1500 AZN-dir.
Telefon: (012) 310-11-61
E-mail: manager@gamidov.com
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Cybernet şirkəti UX / UI dizayn bilikləri, Adobe Photoshop / Adobe Illustrator Expert səviyyəsində təcrübə, Microsoft PowerPoint Advanced səviyyəsində təcrübə, Adobe Muse bilikləri olan UI/UX Dizayner vakansiyanı elan edir. Namizəddən Azərbaycan və rus dillərini bilmək tələb olunur.
E-mail: hr@cybernet.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Veysəloğlu MMC 22-30 yaşlarında, iş təcrübəsi 1 ildən aşağı olan, Windows ƏS üzrə biliklər, Windows 7, 8-in quraşdırılması və sazlanması üzrə geniş biliklər, MS (2010, 2013) Outlook, Word, Excel üzrə biliklər, nasazlıqların axtarışı üzrə bacarıqlar, Windows Domen və LAN üzrə başlanğıc biliklər, printerlərlə iş üzrə bilik və iş təcrübəsi olan sistem idarəetməsi üzrə mütəxəssis axtarır. Əlaqədar şəxs: Xanzadə Musayevadır.
Telefon: 0124472700
Maraqlanan şəxslər xanzade.musayeva@veyseloglu.az ünvanına CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.