İT mütəxəssislər üçün iş yerləri

31-10-2015 / 13:11

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

SƏDO şirkəti HTML, CSS, Javascript-i yüksək səviyyədə bilən, photoshop-dan istifadə etmək bacarığı olan, müxtəlif brauzerlərin xüsusiyyətlərini bilən və brauzerlərdə işləyəcək kod yazmağı bacaran İT mütəxəssis vakansiyasını elan edir. Namizəddən saytların frontend hissələrinin hazırlanması, promo-səhifələrin hazırlanması, e-poçt şablonlarının hazırlanması tələb olunur. Əmək haqqı 600-900 AZN
Telefon: 055 955 77 93, 050 966 99 97, 070 577 28 18
E-mail: hesen.sedo@gmail.com
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Matanat A şirkəti ali təhsilli, 23-40 yaşlarında, CD modelləri hazırlayan, qrafik proqramlardan istifadə edərək video faylların xüsusi effektlərlə yaradılması və montaj edilməsini bacaran, verilən tapşırığın zamanında, keyfiyyətli formada icra edilməsini bacaran 3D dizayner tələb olunur. Namizədin rus, ingilis, türk dillərini bilməsi əlavə üstünlük sayılır.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Azersun Holding İT mütəxəssis vakansiyasını elan edir. Namizəd Microsoft Windows əməliyyat sistemlərini bilən, Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə işləməyi bacaran, şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilən, server əməliyyat sistemlərindən anlayışı olan, kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilən, kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilən (printer, skaner və s. kompüterlərin xırda təmirini bacaran, HDD, RAM və s. kimi hissələrin dəyişdirilməsi, viruslardan təmizləməyi bilən və onların yaratdığı fəsadları aradan qaldırmağı bacaran, Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilən, mobil cihazların ehtiyatının alınması və yenidən qurulmasını bilmək tələb olunur.
Göstərilən tələblərə cavab verən namizədlər link vasitəsilə vakansiya üçün müraciət edə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.  

Compland şirkəti bütün növ kompüter və İT avadanlıqları tanıyan, onları xarakterizə və müqayisə edə bilən, BİOS, Windows 98/XP/7/2003/2008/2012 ƏS, drayver yaza və yeniləyə bilən, MS Excel, Word, PowerPoint, Outlook proqramlarını sərbəst istifadə edə bilən, fərqli Boot CD növləri ilə sərbəst işləyə bilən, sadə simli və simsiz şəbəkə quraşdıra və idarə edə bilən, server (AD, Proxy, Mail, Web, WDS, VPN, Terminal və s.) quraşdıra və idarə edə bilən İT mütəxəssis vakansiyasını elan edir. Namizəddən müvafiq sahə üzrə 2 illik iş təcrübəsi tələb olunur. 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Level Up Təhsil Mərkəzi magistraturaya hazırlıq kursları üçün təcrübəli və peşəkar olan İT ixtisası üzrə müəllim vakansiyası elan edir. Namizəddən İT ixtisası üzrə  ali  təhsil, proqramların peşəkar səviyyədə tədrisi, pedoqoji bacarıq tələb olunur. 
Müraciət etmək istəyən namizədlər öz cv-(Müraciət etdiyiniz vakansiyasının adını yazmaq şərti ilə) office@levelup.com.az email adresinə göndərə bilərlər. 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Rahimoff Studio 22-28 yaşlarında, 3ildən 5 ilə iş təcrübəsi olan şəxsləri veb proqramçı vəzifəsinə işə dəvət edir. Namizəddən HTML (HTML5), CSS (CSS3), JavaScript (JQUERY), PHP (YII Framework), MySQL (Verilənlər bazasının dizaynı, sorğuların yazılması), NOSQL, OOP, XML, API bilmək tələb olunur.
E-mail: info@rahimoff.az
CV-lərinizi və gördüyünüz işlərin linklərini info@rahimoff.az ünvanına göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 
Qeyd: Bu vakansiya artıq tutulub - Red.

Flexible Solutions 18-40 yaşlarında, 1 ildən 3ilə qədər iş təcrübəsi olan şəxsləri veb proqramçı vəzifəsinə işə dəvət edir. Namizəddən HTML, CSS, JavaScript (JQUERY), PHP, MySQL dillərini bilmək tələb olunur. Əmək Haqqı 1200-1500 AZN
Telefon: (012) 498-23-84
E-mail: zaur@fscaz.com
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.