İT mütəxəssislər üçün iş yerləri

27-12-2015 / 21:30

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Asel Group 22 – 31 yaşlarında, ali təhsilli, minimum 2 il iş təcrübəsi olan veb sayt üzrə menecer vakansiyasına işçi axtarır.

Namizəddən Photoshopda işləmək bacarığı, məhsul şəkillərini sosial şəbəkələrdə reklam etmək, sayta məlumat yerləşdirmək, Word və Excell praqramlarında işləmək bacarığı, rus dili bilmək, Corldrow, Photoshop-u əla səviyyədə bilmək tələb olunur.

Əmək haqqı: 700 AZN

Email: cv@aselgroup.az
Telefon: (055)7123610, (050)5807700, (070)2302099

Daha ətraflı məlumatı buradan almaq mümkündür.

CyberNet ali texniki təhsilli,  İT şirkətində sistem administratoru və ya şəbəkə administratoru vəzifəsində ən azı 3 il iş təcrübəsi  olan Software developer axtarır.

Namizəddən Virtuallaşma (VMware, KVM, OVM), Windows Server, Linux, Unix əməlliyat sistemi üzrə ümumi biliklər, Cisco (switch, router) avadanlığı ilə iş təcrübəsi, İT infrastruktur sxemlərinin hazırlama bacarığı (Power Point, Visio), orta səviyyədə İngilis dili bilikləri (texniki sənədlərin oxunması və tərcüməsi), Azərbaycan dili bilikləri tələb olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Software developer” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Kerkom şirkəti 18-25yaşlarında, müvafiq sahə üzrə 1 illik iş təcrübəsi, yüksək səviyyədə Azərbaycan dili biliyi olan SMM (social media marketing) üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Namizəddən dizayn proqramları üzrə biliklər (Photoshop, Corel Draw), Facebook, Instagram və digər sosial şəbəkələrdə aktivlik tələb olunur.
CV-ləri hr@mrbee.az elektron ünvanına göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

VITTA Scientific Technical Company 19 - 30 yaşlarında, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan mobil tətbiq hazırlayan (developer) axtarır.

Namizəddən Android, (iOS) platformaları üçün Mobile Security tətbiqlərin yazılması tələb olunur. Əmək haqqı 600 AZN

Telefon: (012) 530-81-96
E-mail: malik.a@vitta.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

22-35 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxslər veb proqramçı kimi işə dəvət olunur. Namizəd PHP, MYSQL dillərini yüksək səviyyədə bilmək, Javascript, Html, Css, Jquery, OOP yaxşı bilmək tələb olunur.

Namizəd ingilis və rus dillərini yaxşı başa düşməlidir.

Telefon: (055) 633-22-67, (012) 567-86-25
E-mail: ofis@webpage.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.