İT mütəxəssislər üçün iş yerləri

15-04-2015 / 14:00

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

20-35 yaşlarında İTsahəsini bilən, help diski bilən, switch, server və proqramlardan anlayışı olan mütəxəssis tələb olunur. Telefon: 055-313-88-83
Ətraflı məlumat burada 

Turan Bank 22 - 30 yaşlarında, müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) , iş təcrübəsi 1 il olan, Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı , İngilis və Rus dili bilikləri (orta səviyyədə üzrə minimal nəzəri və praktik biliklər , şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olanlar,texniki dəstək şöbəsinin kiçik mütəxəssisi üzrə vakansiya elan edir. Müvafiq sahədə ali təhsili olmayan və Azərbaycan dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaq. CV göndərərkən məktubda mövzu hissəsində "Technical support" yazmağınızı xahiş edirik. Maaş 800-900 AZN-dir. Əlaqədar şəxs Bəxtiyar Məmmədov
Telefon: (012) 510-79-11, (012) 510-79-22
E-mail: [email protected]
Ətraflı məlumatla  burada tanış ola bilərsiniz. 

Turan Bank sistemlərin idarə edilməsi üzrə vakansiya elan edir. 22- 30 yaş arası, ali təhsilli, iş təcrübəsi minimum 1 ildən 3 ilə qədər, Windows Server əməliyyat sistemi. (quraşdırılması və sazlanması üzrə müvafiq sertifikat minimum tələbdir) , VMWare Workstation, ESX, ESXi, VSphere məhsullarına dair nəzəri və praktik biliklər , Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı , İngilis və rus dili bilikləri (orta səviyyədə) vacibdir. Maaş 1300-1400 AZN-dir. Əlaqədar şəxs Bəxtiyar Məmmədov
Telefon: (012) 510-79-11(012) 510-79-22
E-mail: [email protected] .
Müvafiq sahədə ali təhsili olmayan və Azərbaycan dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaq. CV göndərərkən məktubda mövzu hissəsində "System administration" yazmağınızı xahiş edirik. Ətraflı burada 

TuranBank 22-30 yaşlarında, müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) , iş təcrübəsi 1 ildən 3 ilə qədər olan, şəbəkə avadanlıqları (Cisco və HP) ilə bilikləri olan şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis vakansiyasını elan edir. Şəbəkə avadanlıqları (Cisco və HP) ilə işə dair güclü nəzəri və praktik bilikləri olan namizədlərə üstünlük veriləcək. Maaş 1400-1500 AZN-dir. Əlaqədar şəxs Bəxtiyar Məmmədov
Telefon: (012) 510-79-11 , (012) 510-79-22, E-mail: [email protected]
CV göndərərkən məktubda mövzu hissəsində "Network administration" yazmağınızı xahiş edirik. Ətraflı burada  

TuranBank 22-30 yaşlarında, müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) iş təcrübəsi1 ildən aşağı, delphi, C# proqramlaşdırma dilləri üzrə minimal biliklər (verilənlər bazası ilə əlaqəli iş də daxil olmaqla) , İngilis və Rus dili bilikləri (orta səviyyədə)  AVTOMATLAŞDIRILMIŞ BANK SİSTEMİNƏ XİDMƏT BÖLMƏSİNİN KİÇİK MÜTƏXƏSSİSİ vəzifəsinə vakansiya elan edir.  Maaş 800-900 AZN-dir. Əlaqədar şəxs Bəxtiyar Məmmədov
Telefon: (012) 510-79-11, (012) 510-79-22, E-mail[email protected]
Müvafiq sahədə ali təhsili olmayan və Azərbaycan dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaqdır. CV göndərərkən məktubda mövzu hissəsində "HelpDesk ABS" yazmağınızı xahiş edirik. Ətraflı burada tanış ola bilərsiniz.  

Azza şirniyyat evi  21-28yaşlarında  orta təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan MS Ofice, Micsoft Windows, DVR-də işləyə bilən, Photoshop, Corel Draw proqramlarında işləməyi bacaran İT menecer axtarır. Maaş 400-500 AZN-dir. Əlaqədar şəxs: Nigar Əsgərova
Telefon: (012) 440-62-77, 
E-mail: [email protected]
Ətraflı burada tanış ola bilərsiniz. 

Koroğlu şirkəti 25 - 35 yaşlarında, ali təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər, MS Oficce 2003/2007/2010 , Pascal, Delph, Access, SQL , lokal şəbəkələrin quraşdırılması bacarığı nəzarət sistemlərinin İP yönləndirilməsi sahəsində bacarığı olan it texnik axtarır. Maaş 400 - 500 AZN-dir. Əlaqədar şəxs Asif Vəliyev
Telefon: (012) 425-16-29, E-mail[email protected]

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “05” may 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır. Ətraflı burada tanış ola bilərsiniz.  

"AzDesign" studiyası 20 – 30 yaş, ali təhsil,  3 ildən 5 ilə qədər iş təcrübəsi, PHP dilini mükəmməl bilməli (FrameWork istifadə etmədən kod yaza bilməli) və azı 2 layihədə php proqramçı kimi iştirak etməli, PHP Framework-lərdən ən azı 1-ni mükəmməl bilməli və azı 1 layihədə php proqramçı kimi iştirak etməli , HTML5 / CSS3 / JQUERY / JS məlumatlı olmalı , AJAX / XML / JSON -la iş təcrübəsi olan şəxsləri PHP proqramçı vəzifəsi üzrə işə dəvət edir. Maaş 600 - 800 AZN-dir. Əlaqədar şəxs Musa müəllim. 
Telefon: (012) 480-21-34 , E-mail: [email protected]
Namizədlərdən CV-lərini yalnız göstərilmiş e-mail ünvanına göndərmələri xahiş olunur. Ətraflı bu linkdə  

"Azərbaycan Sənaye Bankı" hazırda Azərbaycan Sənaye Bankı ASC-nin inkişafı, həyata keçirilməsi və dəstək texnologiya infrastrukturunu  idarə etmək üçün İT menecer axtarır. Namizədlərin  5 il və daha çox bank sektorunda IT Management təcrübəsinin olması, dizayn və böyük İT infrastrukturun idarə təcrübəsi, İnformasiya Texnologiyaları üzrə Master dərəcəsi, Certified MCSE, VCP / VCAP, CCNP / CCIE, RHCSA, ODACP / OCE mütəxəssislərə üstünlük veriləcək. CV-lərinizi“ IT Manager” yazaraq  [email protected]  mail ünvanına göndərə bilərsiniz.
Ətraflı məlumatla burada tanış ola bilərsiniz.  

Modem, AccesPoint, Backup , MS Oficce 2003/2007/2010 ,  Pascal, Delph, Access, SQL , Lokal şəbəkələrin quraşdırılması bacarığı , Nəzarət sistemlərinin İP yönləndirilməsi sahəsində bacarığı olan İT texnik axtarılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “05” may 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə