İT mütəxəssislər üçün iş yerləri

09-05-2015 / 12:49

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Excelsior oteli İT menecer axtarır. 21-35 yaşlarında olan namizədlərə üstünlük veriləcək. Ali texniki təhsili olan, kompüter, printerdə baş verən nasazlığı həll edən, şirkətin İt sahəsində olan işlərində məsuliyyətli olan, qonaqlar üçün müvafiq sahədə xidmət göstərməyi tələb olunur.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] elektron ünvanına göndərin.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Altes Plaza İT menecer vakansiyasını elan edir. Namizəd Windows server xp / 7 2003/2008, AD, DNS, DHCP, Windows, Proxy Servers (ISA 2 003, TMG), WSUS IIS FTP, Microsoft Exchange Server 2010 Linux bilməli, azərbaycan və rus dillərində səlis danışan namizədlər müraciət edə bilər.
Telefon: 055 409 00 44, 012 448 00 55
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İT menecer axtarılır. Müvafiq sahədə 2 illik təcrübə, Windows, MS Office, Antivirus, ofis və uzaqdan idarəetmə proqramlarını bilən namizədlər müraciət edə bilər. Cari vakansiya ilə maraqlanan insanlar hr@tbckredit  CV göndərə bilər. Mövzu hissəsində işin adını qeyd edin.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Prosys MMC 25 - 45 yaşlarında, ali təhsilli, iş təcrübəsi 3 ildən 5 ilə qədər olan proqramçıları işə dəvət edir. Namizəd C#, ASP.NET-də iş təcrübəsi , HTML, CSS və Javascript, SQL dilini, Oracle və MSSQL ilə işləyə bilən, Web Servis və web servis client yaza bilən, ingilis dilini texniki mətnləri oxuya biləcək səviyyədə bilmək tələb olunur. Əlaqədar şəxs Sadiq müəllimdir. Əmək haqqı 1000-1500 AZN-dir.
Telefon: (012) 594-12-32
Faks: (012) 594-27-18
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  [email protected] elektron ünvanına göndərin. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

AGBank İt mühəndis vəzifəsinə vakansiya elan edir. Namizəddən ali təhsil, azərbaycan dili, rus dili, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi), İT sahəsində 1 ildən artıq iş təcrübəsi, Windows ƏS üzrə biliklər və iş təcrübəsi Windows7-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi, MS Outlook, Word, Excel üzrə yaxşı biliklər, nasazlıqların axtarışı üzrə bacarıqlar, Windows domen və LAN üzrə başlanğıc biliklər, Printerlərlə iş üzrə bilik və iş təcrübəsi, passiv, aktiv şəbəkənin və kompyuterlərlə bağlı başqa avadanlığın montajı, kompüter avadanlığının təmiri və montajı tələb olunur. Əlaqədar şəxs Sabina Qulamzadə
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

“FINCA  Azerbaijan” İT İşçisi axtarır. Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər: Ali təhsil, bu sahədə ən azı 3 il təcrübəsi, şəbəkə texnologiyalarının və protokollarının əsasları üzrə dərin biliklər, MS Windows 2008 Server əməliyyat sistemi və domenin idarə olunması üzrə dərin biliklər, MS Windows XP/WIN7 əməliyyat sistemləri və MS Office proqram təminatları üzrə biliklər, azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, komputer avadanlıqları (hardware) üzrə dərin biliklərin olması. Tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№211/15) qeyd etməklə göndərə bilərsiniz. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

ASB Bank IT Manager vəzifəsi üzrə vakansiya elan edir.  Namizədlər 23-35 yaşlarında, ali təhsilli, azərbaycan, rus, ingilis dillərini bilən, namizədlərdən MCSE, VCP/VCAP, CCNP/CCIE, RHCSA, ODACP/OCE bilikləri tələb olunur.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.  

Vialink MMC 23 - 30 yaşlarında, ali təhsilli, iş təcrübəsi 3 ildən 5 ilə qədər olan proqramçı axtarır. Namizəddən  yeni proqram təminatı hazırlanması və hazır proqram təminatlarında dəyişiklik edilərək dəstək verilməsi , texniki ingilis dili bilikləri(minimum texniki sənədləşməni oxuma bacarığı), Java, PHP, Javascript, Python, C# dillərini bilməli, Linux (CentOS), Asterisk - istifadə təcrübəsi, HTML 4,5; CSS 2,3, OOP bilikləri tələb olunur. Əlaqədar şəxs Hikmət müəllim Əmək Haqqı 1000-2000 AZN-dir.
Telefon: (012) 595-49-07, (055) 941-63-63
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

22-34 yaşlarında, müvafiq sahədə iş təcrübəsi olan, bakalavr və ya kompüter elmləri sahəsində magistr, ingilis, azərbaycan və rus dillərini bilmək, texniki problemləri həll etmək bacarığı olan MIS/ERP Mütəxəssisi tələb olunur. Əmək haqqı 1500 AZN-dir.
Maraqlanan şəxslər e-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected] öz CV-lərini təqdim edə bilər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə