İT mütəxəssislər üçün növbəti vakansiyalar

08-08-2015 / 12:40

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Pronet MMC 20-25 yaşlarında, natamam ali təhsilli, 1 ildən aşağı iş təcrübəsi olan şəxsləri proqramçı vəzifəsinə dəvət edir. Şirkət namizəddən baza biliklər: php, mssql, mysql, oop, javascrip, jquery, html, css tələb edir. Əmək haqqı 100-300 AZN-dir. Əlaqədar şəxs İbrahimova Aynara
Telefon: (012) 310-12-12
E-mail: [email protected]
Maraqlananlardan mövzu yerinə Proqramçı yazıb şəkillə birlikdə CV-lərini göstərilmiş e-mail ünvanına yollamaqları xahiş olunur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Prosys MMC 23-45 yaşlarında, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri mühəndis proqramçı vəzifəsinə işə dəvət edir. Şirkət namizədddən C#, ASP.NET-də iş təcrübəsi, HTML, CSS və Javascript, SQL dili, Oracle və MSSQL ilə işləyə bilmə,Web Servis və web servis client yaza bilmə, ingilis dilini texniki mətnləri oxuya biləcək səviyyədə bilməyi tələb edir.  Əmək haqqı 1000-1500 AZN-dir. Əlaqədar şəxs: Yazgül Məmmədova
Telefon: (012) 594-12-32
Faks: (012) 594-27-18
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İnvestAz şirkəti Windows və MacOS əməliyyat sistemlərində iş təcrübəsi olan İT texnik vakansiyasını elan edir. Şirkət həmçinin, kompüter texnikası haqqında nəzəri və praktiki biliklər, şəbəkə avadanlıqları ilə işləmək və quraşdırılmaq bacarığı, müxtəlif proqram məhsullarının install edilməsi, şəbəkə təhlükəsizliyi (firewall, VPN, IPSec və s.) təcrübəsi kimi biliklər tələb edir.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Xəmsə Park Ticarət Mərkəzi (KinoMix Cinema)  İT mütəxəssis vakansiyasını elan edir. Namizəd 25-40 yaşlarında, iş təcrübəsi 2 ildən az olmayaraq, ali təhsil vacib deyil, Azərbaycan, rus, ingilis dilini bilənlərə üstünlük verilir. Şirkət namizəddən microsoft Windows, Microsoft Office, VS, UCS Premier və R-keeper programları (programı bilənlərə üstünlük verilir). Əmək haqqı 700 AZN-dir.
E-mail: [email protected]
Telefon: 0124882998
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Göygöl Şərab Zavodu ASC-yə 1C proqramçı tələb olunur. Şirkət namziəddən ali təhsil, tələb olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi, 1C proqramının 8. versiyasınının proqramlaşdırılmasını, proqram inzibatçılığını bilməyi tələb edir. Əmək haqqı 700 AZN-dir.
Tələblərə uyğun olan namizədlər mövzu qismində müraciət edilən vakansiyanın adını qeyd edərək  CV-lərini [email protected] elektron ünvana göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ultel-Ulduz Telekom 25-50 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan proqramçı-mühəndis vakansiyasını elan edir. ASP.NET (C#) proqramlaşdırma dilini bilməli, verilənlər bazası(PL/Pgsql) ilə işləmə bacarığı olmalıdır. Əlaqədar şəxs Pərvanə xanım
Telefon: (012) 490-20-20
E-mail: [email protected]
Vakansiya ilə maraqlanan səxslərdən CV-lərini movzu yerinə “Proqramçı-mühəndis” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Favorit şirkəti 1C proqramını mükəmməl səviyyədə bilən, müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan, kompüter bilgisi əla səviyyədə olan şəxsləri 1C operator vəzifəsinə işə dəvət edir.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sinam şirkətinə Java developer tələb olunur. Şirkət namizədlərdən İT sahəsində ali təhsil, texniki səviyyədə ingilis dili biliyi, minimum 2 il iş təcrübəsi tələb edir. İş üçün müraciət edən şəxslər Java SE/EE, HTML,CSS, Javascript, SQL, RDBMS bilikləri - OOP, Design Patterns sahəsində məlumatlı olmalıdır. Əmək haqqı 500-1200 AZN-dir.
Vakansiya ilə maraqlananlar CV-lərini [email protected] email ünvanına göndərə bilərlər. Email göndərərkən mövzu(Subject/тема) kimi "Java proqramçı" göstərməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə