İT mütəxəssislərə ehtiyac var

06-06-2015 / 16:28

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

SWIFT Engineering 25-40 yaşlarında, ali təhsilli, 5-10 il müddətində iş təcrübəsi olan, hərbi xidmətini başa vuran İT mütəxəssisi axtarır. Namizəddən azərbaycan, rus, ingilis dilləri, mükəmməl kompüter biliyi tələb olunur.  Əmək haqqı 1500-1800 AZN-dir. Əlaqədar şəxs Sevinc Ağayevadır.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

20-30 yaşlarında, orta təhsilli, 1ildən 3 ilə qədər iş təcrübəsi olan İT mütəxəssis axtarılır. Namizəddən VLAN, VPN, konfiqurasiyası, Window server 2003 və ya 2008 üzrə təcrübə,  Azerbaycan və rus dillərində səlis danışıq, şəbəkə protokoların və şəbəkə xidmətlərin əsas iş prinsipləri haqda bilmək, Hardware fərqləndirici xüsusiyyətlərini bilmək, Windows və Linux ƏS haqda bilmək tələb olunur. Əmək haqqı: 200 AZN - 250 AZN Əlaqədar şəxs: İsmayılova Şərqiyyə
E-mail: [email protected]
Telefon: 022-305-21-07
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

25-55 yaşlarında, ali texniki təhsil, azərbaycan, rus dillərində danışıq qabiliyyəti, İT sahəsində 3 ildən artıq iş təcrübəsi olan İT Mühəndis axtarılır. Şirkət namizəddən İT sistemlərlə texniki işlərin tənzimlənməsi, partnyor şirkətlərə İT və texniki sistemlərin tətbiqi və qurulması, passiv, aktiv şəbəkənin və kompüterlərlə bağlı başqa avadanlığın montajı, kompüter avadanlığının təmiri və montajı, windows ƏS üzrə biliklər və iş təcrübəsi, windows 7-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi, MS Outlook, Word, Excel üzrə biliklər, windows domen və LAN üzrə biliklər tələb edir. Əmək haqqı 900 AZN-dir.
E-mail[email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Simberg Partners Ltd 23 - 40 yaşlarında, ali təhsilli, iş təcrübəsi 3 ildən 5 ilə qədər olan java developer axtarır. Şirkət qeyd edir ki, namizədlər Java EE (EJB, JPA, JAX-WS), (XML, JSON) işləməyi bacarmalıdır. Əmək haqqı 1500 - 2000 AZN-dir. Əlaqədar şəxs: Orxan Hüseynov
Telefon: (012) 498-23-95
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Optimal Elektronika 22 - 30 yaşlarında, ali təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan İT mütəxəssis vakansiyasını elan edir. Windows 7 əməliyyat sistemində işləmək, microsoft 2010/2013 proqramında işləmək və idarəetmə bacarığı tələb olunur. Əmək haqqı: 500 - 600 AZN Əlaqədar şəxs: Səkinə Tağıyeva
Telefon: (012) 422-23-32
E-mail: [email protected]
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (namizədin şəklinin olması mütləqdir) [email protected] elektron ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azerbaijan Technology Solutions (AZTS) 25 - 40 yaşlarında, ali texniki təhsilli, iş təcrübəsi 3 ildən 5 ilə qədər olan İT mühəndisləri işə dəvət edir. Şirkət namizəddən Windows ƏS üzrə biliklər və iş təcrübəsi Windows7-nin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi, MS Outlook, Word, Excel üzrə yaxşı biliklər, nasazlıqların axtarışı üzrə bacarıqlar, Windows domen və LAN üzrə biliklər, printerlərlə iş üzrə bilik və iş təcrübəsi olan şəxsləri işə dəvət edir. Əmək haqqı: 600 - 900 AZN-dir. Əlaqədar şəxs: Təhminə Novruzova
Telefon: (012) 537-22-18
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Qazax Sement Zavodu MMC 25 – 35 yaşlarında, avtomatika və ya Elektronika, Kompüter mühəndisliyi sahəsində ali təhsilli olmalı, rus və ingilis dilində sərbəst danışıq, avtomatika sahəsində 2 il iş təcrübəsi olan avtomatika mühəndisi vakansiyasını elan edir. Namizəd Siemens SİMATİC PCS 7-də iş təcrübəsi olmalı, zavodun ümumi avtomatika sisteminin işlədilməsini, hər növ ölçü alətinin nəzarət, baxım və kalibrləmənin müvafiq plan və təlimatlarına uyğun edilməsini və lazım gəldikdə baxım fəaliyyətlərinin aparılmasını təmin etməlidir. Əmək haqqı 700-800 AZN-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.    

NetCom  şirkəti 22 – 36 yaşlarında, İnformasiya texnologiyaları sahəsində ali təhsil, 2-3 il iş təcrübəsi olan, azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti olan İT mütəxəssis vakansiyasını elan edir.  İT layihələrin hazırlanması və idarə olunması, şəbəkələrin qurulması və idarə olunmasına nəzarət, kompüter sistemlərinin gündəlik fəaliyyətinə nəzarət, təhlükəsizlik avadanlıqlarının quraşdırılması və onlara nəzarət, avadanlıqlar və şəbəkə haqqında ümumi biliklər, təhlükəsizlik avadanlıqları haqqında ümumi biliklər tələb olunur. Əmək haqqı 400 - 500 AZN-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə