İT-rəhbər və mütəxəssislər üçün seminar keçirilib

30-09-2015 / 17:50

Bu gün Bakıda Microsoft Azerbaijan şirkətinin təşkilatçılığı ilə İT-rəhbərlər və mütəxəssislər üçün “İT infrastrukturun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr” mövzusunda seminar keçirilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 40-a yaxın İT-rəhbər və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Microsoft Azerbaijan şirkətinin texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev Microsoft-un yeni məhsul və xidmətlərindən (Windows 10, Office 2016, Microsoft Advanced Threat Analytics, Microsoft Operations Management Suite, SQL 2016, Windows Server 2016, System Center 2016, Exchange Server 2016 və SharePoint Server 2016) danışıb və bildirib ki, hazırda Azərbaycanın əksər dövlət qurumları və ölkə iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərən şirkətlər sözügedən məhsul və xidmətlərdən istifadə edir.

Qaçay Mirzəyev onu da əlavə edib ki, Microsoft-un innovativ texnologiyalara əsaslanan yeni məhsulları dövlət qurumları və şirkətlərə çevik olmağa, xərclərə qənaət etməyə, IT infrastrukturun səmərəliliyini artırmağa imkan verərək, hər bir məkanda və müxtəlif qurğudan istifadəyə şərait yaradır.

Seminar çərçivəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndəsi Elektron imza layihəsi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndəsi yeni inzibati binaya miqrasiya layihəsi, ASAN xidmət mərkəzinin nümayəndəsi portal həllinin tətbiqi layihəsi, AzInTelecom şirkətinin rəsmisi “Tier III Data Center” konsepsiyası, Eurodesign şirkətinin nümayəndəsi isə Bakı 2015 birinci Avropa Oyunları layihəsi çərçivəsində əldə etdikləri təcrübələri bölüşüblər.

Bununla yanaşı, seminarda şirkətlərin müasir iş alətləri, təhsildə innovativ texnologiyaların rolu və yerli sığorta həllinin Microsoft Azure üzərindən daha səmərəli tətbiqi barədə ətraflı məlumat verilib.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə