İT sahəsində bu tender də ləğv edildi

30-01-2018 / 17:48

Bir müddət öncə məlumat verdiyimiz kimi, Azərbaycan İT şirkət rəhbəri Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən keçirilən "Tədris Prosesinin Avtomatlaşdırma İşləri" üzrə satınalma tenderində ölkəmizin qanunvericiliyi ciddi şəkildə pozulması ilə bağlı İlham Əliyevə və aidiyyatı qurumlara rəsmi müraciət edib.

Belə ki, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bildirib ki, artıq neçə dəfədir dövlət qurumları tərəfindən keçirilən tenderlərdə qanun pozuntuları ilə üzləşir.

O, məsələ ilə bağlı İlham Əliyevə və aidiyyatı qurumlara rəsmi müraciət edib.

Xeberler.az bildirir ki, bu müraciətdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının keçirdiyi qeyri-qanuni tenderin ləğv olunub.

Bu barədə qanun pozuntusu ilə üzləşən Neuron Technologies şirkətinin direktoru İsmayıl Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, bu kimlər üçünsə hansısa şirkətin hansısa qurumla mübahisəli məsələsi və ya sıradan bir tender ləğvi kimi anlaşıla bilər. Lakin əslində bu addım ölkəmizdə sahibkarlığın inkişafı, azad rəqabətin formalaşması müstəvisində çox önəmli keyslərdən biridir.

Şirkət rəhbəri bütün sahibkarlara öz haqlarını tələb etməyi məsləhət görüb:

“Biz hüquqi cəmiyyətdə yaşayırıq. Güclü dövlətimiz, qətiyyətli dövlət başçımız var. Biz iş adamları da öz işimizdə qətiyyətli, cəsarətli olmalıyıq”.

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.