İT sahəsində təcrübə keçmək imkanı

01-05-2017 / 12:01

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramı elan edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün yenidən  təcrübə keçmək imkanı yaradır.

Xeberler.az-ın məlumatına görə, Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali  təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

- İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, İT və ya hüquq sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

-  Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

- Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.

Təcrübə Proqramı ödənişsiz olmaqla 1 iyun 2017-ci il tarixindən 31 avqust 2017-ci il tarixinə kimi olan dövrü və həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir.

Təcrübə saatları: saat 9:00 – 12:30 və ya 14:30-18:00.

  Proqrama qoşulmaq istəyənlərdən 25 may  2017-ci il tarixinə kimi [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə