İT sahəsinə başlamaq istəyən xanımlar üçün fürsət

12-04-2017 / 17:05

Femmes Digitales aprelin 28-də "Beynəlxalq İKT-də qızlar Günü” ilə bağlı   təşkil edəcəyi tədbirdə xanımları bir araya toplayacaq.

Klubdan Xeberler.az-a verilən məlumata görə,  bu tədbir İKT sahəsində çalışan, yaxud təhsil alan, bu sahəni seçmək istəyən, həmçinin, öz peşəsini dəyişərək yeni sahədə inkişaf etmək istəyən qızları birəşdirəcək.

Belə ki, builki tədbir daha interaktiv və praktiki olacaq.

Qeyd edilib ki, İT istiqamətlərindən biri üzrə tədris almaq, öz bacarıqlarını praktiki olaraq, nümayiş etdirmək, yeni sahə ilə tanış olmaq və öz həyatını dəyişmək  istəyən hər kəs tədbirdən faydalana biləcək.

Tədbir çərçivəsində aşağıdakı istiqamətlər üzrə praktiki workshop sessiyaları keçiriləcək: 

WEB proqramlaşdırma:

1) HTML aktivləşdirmə ilə tanışlıq;
2) CSS vasitəsilə səhifənin üslublaşdırılması;
3) JavaScript vasitəsilə interaktivliyin əlavə edilməsi;
4) Səhifənin kontentlə (fotoşəkil, məlumat) doldurulması;
5) Səhifənin hostinqə yüklənməsi.

SCRATCH:

1. SCRATCH proqramının interfeysi və əmr qrupları. Geriyə hərəkət.
2. Birinci proqramımız - "Qaçan pişik". 
3. Səhnə, “Sprite”, kostyum və səs.
4. Klavişlərin idarə edilməsi. Şərt və sensorlar. 
5. Səs və musiqi. 
6. "Rəqs edən körpə".

ROBOTOTEXNİKA (LEGO):

1. Robotların növləri və təyinatları.
2. LEGO MINDSTORM robotları ilə tanışlıq.
3. Robotların nizami (xətti) hərəkətlərinin proqramlaşdırılması.
4. Robotlar müsabiqəsi. 

İT START:
1. Kompüterin ümumi arxitekturası.
2. Kompüterin sökülməsi və yığılması.
3. Windows 10 ilə tanışlıq.
4. Internet. Google interfeysi ilə iş və ümumi anlayışlar.

Adobe Photoshop. Posterin yaradılması:

1. Proqramın interfeysi ilə ilkin tanışlıq.
2. Sənədin ölçüsünün qrafiki anlayışı
3. Düzəliş alətləri.
4. Primitivlərlə şəkil çəkmə.
5. Mətn aləti
6. Rəng seçimi
7. Qatlarla iş.
8. Yadda saxlama.

Praktiki hissədən sonra baş tutacaq nahar fasiləsi zamanı klubun təsisçisi olan İT sahəsində uğurlu karyera qurmağı bacarmış qadınlarla qeyri-rəsmi şəraitdə ünsiyyətdə olmaq imkanı  olacaq.

Tədbirdə iştirak etmək üçün buradan qeydiyyatdan keçmək lazımdır. İştirak ödənişsizdir. Qeydiyyat üçün son tarix  isə aprelin 26-da bitir.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə