İT sahəsinin məşhurları planeti təmiz enerji ilə təmin edəcək

30-11-2015 / 16:17

Qlobal iqlim dəyişikliyinə əsas səbəb kimi insanların enerji istehsal etmək məqsədi ilə istifadə etdiyi çirkli qazlar, yanacaqlar göstərilir. 

Bu yanacaqların istifadəsini azaltmaq və lazım olan enerji ehtiyacını qarşılaya bilmək üçün dünyanın ən məşhur iş adamları və elm adamları bir araya gəlib.

Facebook-un yaradıcısı Mark Zuckerberg və Microsoft-un yaradıcısı Bil Gates qlobal iqlim dəyişikliklərinə qarşı birlikdə hərəkət edəcək.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təqdimatı keçirilən Breakthrough Energy Coalition (BEC) adlı təşkilat ilə enerji istehlakı və istehsalı mövzusunda yeni işlər görüləcək.

Amazon-un rəhbəri Jeff Bezos, Alibaba-nın məclis rəhbəri Jack Ma, Virgin Group-un yaradıcısı Richard Branson, Facebook-un yaradıcısı Mark Zuckerberg. Microsoft-un yaradıcısı Bil Gates və digər insanların toplaşdığı iclasda əsas mövzu enerji qaynaqlarında çox olan və mənfi təsiri olmayan karbonun alternativlərini axtarmaq olub. 

Karbonun alternativlərinin tapılması ilə daha ucuz və məhsuldar enerji qaynaqları hazırlanacaq. 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə