İT tələbələr Türkiyə universitetində təcrübə keçə biləcək

10-03-2016 / 10:57

Azərbaycan Universiteti İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının baş müəllimi Vahid Qasımov Türkiyənin İstanbul Texniki Universitetində (İTU) işgüzar səfərdə olub.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, nümayəndə heyəti  “Bilgisayar və bilişim” fakültəsini ziyarət edib, fakültənin dekanı prof. Sema Fatma Oktuğ ilə görüşüblər.

Görüşdə Kompüter elmləri və Kompüter mühəndisliyi proqramlarının Azərbaycan Universitetində inkişaf perspektivləri ilə bağlı aparılan işlər, tədris planları və proqramların uyğunluğu, fakültələr arasında ortaq layihələrin həyata keçirilməsi, tələbə-müəllim heyətinin qısamüddətli təcrübə mübadilələrinin təşkili kimi məsələlər müzakirə olunub.   

Qeyd edək ki, iki universitet arasında keçən ilin noyabr ayında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb. Memorandumu rektorlar Fərid Əhmədov və Prof. Dr. Mehmet Karaca imzalayıblar.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə