İT xanımlarımız Bakıda keçirilən beynəlxalq konqresdə-Foto

28-03-2017 / 12:13

Hazırda Bakıda ilk dəfə olaraq Beynəlxalq Qadınlar Konqressi -“SHE Congress” (Smart. Happy. Elegant.) keçirilir.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın İKT sahəsinin nümayəndələri, həmçinin İT sahəsində çalışan xanımlar da iştirak edir.

Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES də komandası ilə tədbirə qatılıb.

Tədbir çərçivəsində konqressin heyəti təhsil, qadınların karyerasında STEAM-ixtisaslar və SHE tərəfindən idarə olunan layihələrin maliyyələşdirilməsinin xüsusiyyətləri məsələlərinə də toxunulub.

Qeyd edək ki, layihə  5 il əvvəl  yaradılıb. Belə ki, RED Communications agentliyinin icraçı partnyoru, "Azərbaycanın 100 işgüzar xanımı" təşkilatının sədri Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” layihəsinin davamıdır.

“SHE Congress”də 5 ölkədən olan və biznes sahəsində fəaliyyət göstərən 27 işgüzar qadın çıxış edib şəxsi təcrübələri ilə bölüşəcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə