İtaliya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb

15-04-2015 / 14:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbərlər-in aldığı məlumata əsasən, Federika Quidi əlaqələrimizin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayıb, həmçinin nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Görüş çərçivəsində ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızın önəmini vurğuladı.

Dövlətimizin başçısı "Cənub" qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Xeberler. az


                                                                                    


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.