“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015 / 14:17

Məlumat verdiyimiz kimi, bu gün Budapeştdə “ITU Telecom World 2015” beynəlxalq telekommunikasiya və yüksək texnologiyalar üzrə sərgi-konfransı öz işinə başlayacaq.

Xeberler.az-ın məlumatına götə, ölkəmiz tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə iştirak edir.

 “ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl informasiya texnologiyaları şirkətinin nümayəndələri iştirak edəcəklər.

Hazırda  sərgidə iştirak edən İT şirkətlərimiz öz stendləri  ilə  təmsil olunurlar.

Xeberler.az beynəxlaq sərgidə stendləri ilə iştirak edən şirkətərimizi təqdim edir:

Azercell , Bakcell

Nar 

 

 Dilmanc layihəsi, Bestcomp Group 

SİNAM şirkəti

AzinTelecom

 

"Startap Azərbaycan"

Ultra şirkəti 

Neuron Technologies şirkəti

 Yüksək Texnologiyalar Parkı 

 

 

“ITU Telecom World 2015” çərçivəsində keçiriləcək rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasov məruzə ilə çıxış edəcək. Müxtəlif ölkələri təmsil edən milli və regional nümayəndə heyətləri sərgi-konfransda startap, həllər və innovasiyalar nümayiş etdirəcək, təcrübə mübadiləsi aparacaqlar.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.