IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017 / 18:31

Bakıda 28 gündən sonra keçiriləcək Bakı-2017  IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək. 

BNA-dan Xeberler.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq vətəndaşlardan oyunlardan əvvəl və oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən Bakı-2017 İslam Həmrəylik Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin internet səhifəsi (www.bna.az), Bakı Nəqliyyat Agentliyinin Facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də Bakı -2017 internet səhifəsinə (www.baku2017.com) müraciət etmələri xahiş olunur.

Bununla yanaşı, Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların "AvtoRadio" (107.7 fm) vasitəsi ilə də ictimaiyyətə yayılması təmin ediləcək:

"Məlumatlandırma ilə yanaşı, Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək".

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə