İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunacaq

14-12-2018 / 11:39

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara “2019 İXRACA DƏSTƏK” layihəsi təqdim olunacaq. Bu təqdimat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dəstəyi və “My Broker” gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və layihə üzrə maarifləndirici təlimdə reallaşacaq.

Xeberler.az  bildirir ki, tədbirin əsas məqsədi yerli istehsal ilə məşğul olan sahibkarlar ilə görüş keçirərək, gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli istehsalın xarici bazara çıxarılması, ixracın stimullaşdırılması, sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.

Təlim, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, dekabr ayının 25-də baş tutacaq.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.