İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunub

25-12-2018 / 11:39

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunub. Təqdimat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsinin dəstəyi və My Broker gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və layihə üzrə maarifləndirici təlimdə reallaşdırılıb.

Xeberler.az  bildirir ki, təlim çərçivəsində “2019 İxraca Dəstək” layihəsindən, layihənin yerli istehsalçılara verəcəyi üstünlüklərdən, 2019-cu il ərzində ixrac gömrük bəyannamələrinin tərtib olunması da daxil olmaqla, yerli istehsalçılarımıza ixrac üzrə gömrükləmə xidmətlərinin əksəriyyətinin ödənişsiz həyata keçirilməsindən, ixrac gömrük bəyannamələrinin doldurulması istiqamətində maarifləndirici təlimlərdən, habelə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların “My Broker” Gömrük Təmsilçiliyi şirkətinin ödənişsiz əsaslarla xidmətlərindən danışılıb.

Təlimdə çıxış edən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verib. Mərkəzin meneceri qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi son bir il ərzində Azərbaycanın ixrac siyasətindən önəmli rol oyanıb. N. Hacızadə həmçinin qeyd edib ki, ümumi qeyri neft ixracının 10%-dən artıq hissəsinin Bir Pəncərə İxraca Dəstək Mərkəzinin dəstəyi ilə həyata keçirilməsi önəmli göstəricidir.

“My Broker” gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev təlimin ixracatçılar üçün mühüm əhəmiyyət daşıdığını və onların xarici ticarət fəaliyyətlərlərini stimullaşdıracağını bildirib. Daha sonra çıxış edən ASAN Kommunal və funksional xidmətlərlə iş departamentinin müdiri Vüsal Rüstəmov təlimin önəmi və ixracatçılar üçün həyata keçirilən layihələr haqqında danışıb. Tədbirin sonunda maarifləndirici video-çarx nümayiş olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.