İxtisaslaşmış Texnoloji Məhkəmə yaradılması vacibdirmi?

10-04-2019 / 15:36

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

 

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz sözü gedən məsələ ilə bağlı fikirlərini bildirib:

"Son 20 ildə mən İnternet və texnologiyalarla əlaqəli bir sıra məhkəmə proseslərində iştirak etmişəm. Hətta 18 il bundan öncə məşhur ”İnternet məhkəməsi” ilə bağlı Rabitə Nazirliyinə qarşı əsas iddiaçılardan birisi olmuşam. Son illərdə ölkədə texnologiyalarla əlaqəli məhkəmə işlərinin də artması müşahidə olunur. Çox zaman bu poseslərdə hakimlərin işə baxarkən çətinlik çəkdiklərini də müşahidə etmişəm. Hətta elə olub ki, internetlə əlaqəli işə baxan hakimin ümumiyyətlə internetdən istifadə etmədiyi məlum olmuşdu."

Ekspert eyni zamanda məhkəmə işlərinə baxmaq üçün ixtisaslaşmış məhkəmənin formalaşdırılmasının qənaətbəxş olacağını da vurğulayıb:

"Təcrübədən çıxış edərək qeyd etmək istərdim ki, aşağıdakı istiqamətlər üzrə məhkəmə işlərinə baxmaq üçün ixtisaslaşmış bir məhkəmənin, Texnoloji Məhkəmə heyətinin də formalaşdırılması yaxşi olardı :

1. Kiber cinayətkarlıqla bağlı işlər
2. Plastik kartlarla bağllı işlər
3. Saytların bağlanması ilə bağlı işlər
4. İnternetdə təhqir və böhtanla bağlı işlər
5. Kriptovalyultalarla bağlı işlər
6. Elektron ticarət və rəqəmsal sahibkarlıqla bağlı işlər və s."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.