İyul ayı ərzində 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub

09-08-2018 / 11:19

İyul ayı ərzində Çağrı mərkəzinə ümumilikdə 900-ə yaxın müraciət daxil olub.

Xeberler.az məlumat verir ki, daxil olan müraciətlərin 760-dan çoxu sorğu tipli, 100-ə yaxını isə araşdırılması tələb olunan müraciətlərdir. Sorğu tipli müraciətlər Çağrı mərkəzinin operatorları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılıb və onlara hüquqi məsləhətlər verilib. Digər müraciətlər isə qeydə alınıb, müvafiq struktur bölmələrdə araşdırılıb.

Belə ki, şəhər və rayonlar üzrə iyul statistikasına əsasən paytaxt əhalisinin bu xidmətdən daha aktiv istifadəsi müşahidə olunur. Məcmu müraciətlərin 700-dən çoxu Bakıdan, digərləri isə müxtəlif bölgə sakinləri tərəfindən ünvanlanıb. Daxil olan müraciətlərdə vətəndaşları maraqlandıran mövzular əsasən ərizənin icra vəziyyəti, daşınmaz əmlaka çıxarışın verilməsi, dövlət rüsumları və xidmət haqları, komitənin struktur bölmələrinin ünvan və iş rejimləri ilə bağlı olub. Komitənin tətbiq etdiyi müasir elektron xidmətlər, müxtəlif bölgələrdə sosialyönümlü kampaniyaların keçirilməsi barədə Çağrı mərkəzinə müraciətlərin daxil olması vətəndaşların yüksək marağının göstəricisidir.

Qeyd edək ki, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər və stasionar nömrələrdən 193 nömrəsinə edilən zənglər ödənişsizdir. Çağrı mərkəzi canlı və səsli menyu rejimində vətəndaşlara xidmət göstərir. Canlı rejim həftənin iş günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.