İzahlı və terminoloji lüğətlər artıq telefonunuzda

12-08-2016 / 13:29

Məlumat verdiyimiz kimi, “Altun Kitab”  nəşriyyatı  tərəfindən Azərbaycan dilinin lüğət ehtiyatına daxil olan bütün  sözlərin toplandığı yeni sayt yaradıldı.

Saytda sözlərin düzgün yazılışı ilə yanaşı, sözlər bir neçə formada yanlış yazanda belə sistem həmin sözü və ona oxşar olan sözləri çıxarır. Bundan əlavə, deyilişi və yazılışı fərqlənən bir çox sözlərin tələffüzünü dinləmək imkanı var.

Xeberler.az olaraq məsələ ilə bağlı mütəmadi maraqlanırıq.

Sonuncu dəfə verdiyimiz məlumata görə, onlayn orfoqrafiya lüğətində Azərbaycan dili hissəsi artıq yekunlaşmışdı. Yəni, Azərbaycan dilindəki sözlərin sistemdə düzgün yazılışı və səsləndirilməsi artıq təmin edilib. İstifadəçilər bu xidmətdən heç bir problem ilə qarşılaşmadan istifadə edə bilir.

İngilis və rus dilllərində olan sözlərin sistemə daxil edilməsi üzərində işlər davam edirdi.

Hazırda bu istiqamətdə görülən işlərlə bağlı Xebeler.az-a məlumat verən Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov deyib ki, ingilis dilindəki sözlərin də sayta daxil edilməsi yekunlaşıb.

Onun sözlərinə görə, hazırda rus dilindəki sözlər sistemə daxil edilir.

Müəllif deyir ki, lüğət elə bir işdir ki, bu sahədə həmişə yeniliklər olur. Yəni, işlərin nə  vaxt yekunlaşacağı məlum deyil.

Öyrənirik ki, izahlı və ikidilli, terminoloji lüğətlərin çap və elektron variantlarının hazırlanmasını həyata  keçirən azleks.az saytının Android telefonları üçün mobil tətbiqi də istifadəyə verilib.

Rafiq İsmayılov deyir ki, avqustun əvvəlində təqdim edilən mobil tətbiqdən sonra sayta maraq və maraq çoxalıb.

Onun sözlərinə görə, hazırda iOS tətbiqinin hazırlanması istiqamətində işlər davam edir.

 

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.