Janus One enerji ehtiyatı olmadan işləyə bilər

24-07-2015 / 17:46

Üç ayadək şarjsız işləyə biləcək kiçik ölçülü Janus One telefonu istehsal ediləcək.

Xəbərlər-in Azərtac-a istinadən verdiyi məlumata görə, bu unikal telefon üçün lazımı vəsait Kickstarter sistemi vasitəsi ilə toplanılacaq.

Janus One 1500 milliamper/saat tutumlu batareya ilə təchiz olunub. Bu qurğuda enerji sərf edən funksiyaların əksəriyyəti yoxdur. Aparat kiçik OLED ekran, klaviatura, Bluetooth 3.0 modulu, G-sensor ilə təchiz edilib. Bundan başqa, telefon micro-SIM kartından istifadə olunaraq yalnız GSM şəbəkələrində işləyə bilər. Janus One telefonunun qiyməti 69 dollar təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə