Jurnalistlər üçün keçirilən təlimlər başa çatdı

28-10-2013 / 11:50
“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən bir həftəlik Təlimlər başa çatıb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu təlimlər qabaqcadan Jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçirilib.

Təlimləri yeni media və İT sahəsində tanınmış mütəxəssislər və ekspertlər Şaiq Muradov, Seymur Kazımov, Rəşad Əliyev, Ayaz Quliyev, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov  və Elektron Hökumət Portalının əməkdaşları  İlqar Abdullayev və Rahib Əliyev  aparıblar. Təlimlər zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.


Artıq məlumat verildiyi kimi, “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində eyni zamanda jurnalistlər və bloqçular üçün  “Onlayn Media” müsabiqəsi və Tvitter mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların Müsabiqəyə təqdim olunması davam edir və 15 noyabr tarixdə başa çatacaq.

Noyabr ayının sonunda Layihənin yekun Təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Təqdimat mərasimində Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr(planşetlər, smartfonlar və s.) və diplomlar təqdim olunacaq. Həmçinin təlimləri uğurla başa vuranlara Sertifikatlar veriləcək.

“İKT İli” çərçivəsində həyata keçirilən Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Layihə Multimedia Mərkəzi  tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və Nar Mobile-ın Baş sponsorluğu ilə həyata keçirir.
Təlimlər AMEA İnformasiya Texnologiyaları institutu ilə əməkdaşlıq şəraitində həyata keçirilib.
Təlimlər haqqında foto materiallar: https://www.facebook.com/media/set/?set=a.310795289060021.1073741838.159001754239376&type=3

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə