Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013 / 09:36
21 oktyabr tarixdə  “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün Təlimlərə başlanır.

Təlimlərin məqsədi ölkədə  İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.
Bir həftə müddətində davam edəcək Təlimləri İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər və ekspertlər  aparacaq.  

Təlimlər Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, İnternetdə reklam, Mobil internet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət və açıq hökumət, kibercinayətkarlıq sahəsi ilə əlaqəli mövzular öz əksini tapıb. 

Təlimlərdə müxtəlif media  subyektlərində  çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan  tələbələr  - gənc Jurnalistlər və bloqçular iştirak edəcəklər .
Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.

Adı çəkilən Layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn Media Müsabiqəsi də hazırda davam edir.  Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixədək qəbul olunur.
Layihə Multimedia Mərkəzi tərəfindən  RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə həyata keçirilir.

Geniş məlumat:  www.telim.org

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə