Kamran Ağayev: “Dünyaya səs salacaq proqramlar hazırlayıram”

03-11-2016 / 14:35

"Azəbaycanda İT sahəsi bir  bir az nəzarətsizdir”.

Xeberler.az-ın məlumatına görə, bu barədə AzVision.az-a müsahibəsində   İT sektorunda məşhur ekspert, Oracle Verilənlər Bazısı üzrə dünyada 10 mütəxəssisdən biri, Azərbaycan Oracle İstifadəçilər Qrupunun (AzerOUG) prezidenti Kamran Ağayev deyib.

Kamran Ağayev ölkəmizdə İT-nin inkişafı istiqamətindəki problemlərdən danışarkən deyib ki,  indiyə qədər heç kəs mənimlə maraqlanmayıb ki, gənclər üçün nəsə etsin:

“Bu sahə bir az nəzarətsizdir. Bütün mütəxəssislərimizin xaricə getməsi buna sübutdur. Kimsə buna nəzarət etməlidir. İndiyə qədər heç kəs mənimlə maraqlanmayıb ki, gənclər üçün nəsə edim. Bu, onlara maraqlı deyil. Amma mən özüm nələrsə etmişəm. Dünyada ən tanınmış müxtəxəssisləri Azərbaycana gətirmişəm. Buna görə mənə heç kəs təşəkkür etməyib. Heç buna ehtiyacım da yoxdur”.

İT mütəxssəsis onu da bildirib ki, hazırda çox ciddi proqramlar yaratmaqla bağlı hədəfləri var:

“Həmin proqramlar dünyaya səs salacaq. Hazırlayıram”.

Kamran Ağayevin həyat və faəliyətləri barədə bir müddət əvvəl saytımızda yayımlanan müsahibədən də ətraflı məlumat ala bilərsiniz. 

Onu da qeyd edək ki, K.Ağayevin yeni yazıb, nəşr etirdiyi  Oracle Certified Master 11g imtahanına hazırlıq kitabı  dünyada maraqla qarşılanır.

 

 

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə