Kaspersky-dən pulsuz antivirus

26-07-2017 / 14:33

Kaspersky  şirkəti də artıq  pulsuz antivirus hazırlayan təhlükəsizlik şirkətləri arasına daxil olub.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, Kaspersky Free adlı versiya, şirkətin ödənişli təhlükəsizlik proqramları kimi özəlliklərə sahib deyil. Yeni antivirus proqramı, pullu versiyasına görə daha az xüsusiyyətə sahib olsa da, sistemini müdafiəsiz buraxmaq istəməyənlərə uyğundur.

 Belə ki, bu versiya yalnız fayllar, e-poçt və veb üçün qorumanı təmin edir.

Proqramın tam versiyasında valideynlər üçün idarə panelləri, internetdə ödəmə təhlükəsizliyi, VPN girişi kimi əlavə xüsusiyyətlər də var.

Kaspersky Free, ABŞ, Kanada və bir çox Asiya, Sakit okean bölgəsindəki ölkədə 25 iyulan təqdim edilib.  Bu tarixin seçilmə səbəbi də şirkətin quruluş ildönümününün olmasıdır.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə