Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018 / 16:03

Azərbaycanda uşaqlar onlayn alış-veriş və xəbər resursları ilə daha çox marağlanmağa başlayıblar.

Xeberler.az bildirir ki, Kaspersky Lab şirkətinin dünya üzrə məlumatına görə, bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətə deyil, video-məzmun və musiqiyə üstünlük veriblər.

Bununla belə, ən məşhur portallar Facebook və YouTube olub. Yay aylarında Netflix, Spotify, Soundcloud və iTunes platformaları maraq doğurublar. Lap balacalar isə Nickelodeon, Cartoon Network və Disney Channel kannalarına üstünlük verib və Spanç Bob (SpongeBob SquarePants) haqqında multfilimləri izləyiblər.

Artıq bir neçə ildir ki, yeniyetmələr arasında rep musiqi janrı daha populyardır, məktəblilər digər repçilərə nisbətən əsasən XXXTentacion haqqında məlumat axtarıb və onun mahnılarını digərlərindən daha çox dinləyiblər.
Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan gənc istifadəçilərin payı 35,4% təşkil edib. Bundan başqa, yayda uşaqlar onlayn alış-veriş və xəbər resursları ilə daha çox maraqlanıblar: məsələn, BBC, CNN və BuzzFeed.

Bu dövrdə Azərbaycanda xəbər saytlarına daxil olan uşaqların payı praktik olaraq 6,5% təşkil edib. Arzuedilməz məzmuna gəldikdə isə, Kaspersky Lab-ın məlumatına görə, məktəblilər alkoqol, tütün və narkotiklərlə bağlı veb-resurslara az daxil olublar. Azərbaycanda bu cür saytlara daxil olan uşaqların payı 4%-dən aşağı olub.

”Statistika göstərir ki, dünya üzrə müasir uşaqların və yeniyetmələrin maraqları dəyişir: məsələn, yayda onlar xəbər resursları ilə maraqlanmağa başlayıb, kompüter oyunları ilə bağlı saytlara isə maraqları azalıb. Bu, onunla izah olunur ki, bu gün KİV-də, məsələn, yalnız siyasi və iqtisadi mövzular deyil, həmçinin, mədəniyyət, əsasən də, musiqi hadisələri işıqlandırılır. Lakin uşaqların maraqlarının dəyişməsindən asılı olmayaraq valideynlər onların təhlükəsizliyini və internetdə arzuolunmaz məzmun barədə unutmamalıdırlar. Belə hallarda bir çox xoşagəlməz
hadisələrdən ailədə etibarlı münasibətlərin qurulması kömək edə bilər, texnoloji baxımdan isə uşaqlar üçün onlayn təhlükəsizlik üzrə proqramlar böyüklərin yardımçısı ola bilər”, - deyə Kaspersky Lab-ın məzmun analizi üzrə eksperti Anna Larkina bildirib.

Kaspersky Total Security və Kaspersky Internet Security həlləri “Valideyn nəzarəti” moduluna malikdirlər ki, bu funksiya böyüklərə uçaqları kibertəhdidlərdən qorumağa, əsasən, arzuolunmaz məzmunlu sayt və əlavələri bloklamağa imkan verir. Kaspersky Safe Kids məhsulu isə valideynlərə uşağın sosial şəbəkələrdə dərcləri və onun dostlar siyahısında edilən dəyişikliklərə nəzarət etməyə, həmçinin, uşağın real rejimdə harda olmasını bilməyə kömək edir.

Uşaqların internetdə bu yay fəallıqları ilə bağlı ətraflı məlumat linkdə: https://securelist.ru/kids-summer-threats/91210/.

Qeyd edək ki, axtarış sorğusunun anonimləşdirilmiş statistikasına əsaslanan məlumatlar (fərdi kompüter, həmçinin Android və iOS) və veb-saytlara giriş (fərdi və Mac kompüterlərindən) 2018-ci ilin iyun ayından avqust ayının ortasınadək Kaspersky Lab-ın həlləri vasitəsilə əldə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə