KATV1 Bakutel-də startaplarla görüşəcək

01-12-2015 / 14:22

Kabel televiziyası və internet-xidmətləri operatoru KATV1 şirkəti dekabrın 2-5-də keçiriləcək Bakutel beynəlxalq yüksək texnologiyalar sərgisində özünün ən son xidmət və texnologiyalarını nümayiş etdirəcək, həmçinin marağı olan startap komandaları ilə görüşəcək.

Xeberler.az bildirir ki, sərgi zamanı istənilən televizoru SMART TV-yə çevirməyə imkan verən Smart Box cihazı rəsmi olaraq təqdim olunacaq. Smart Box cihazı kabel televiziya kanallarını, 10 mindən çix film və serialları izləməyə, YouTube, Skype, İnstagram və Facebook proqramlarını adi televizorda istifadə etməyə imkan verir.

Bundan əlavə, sərgi ziyarətçiləri KATV1 şirkətinin abunəçilərə təqdim etdiyi genişzolaqlı internetin keyfiyyətini qiymətləndirə biləcəklər.

Stenddə KATV1-in dəstəyinə ehtiyacı olan müxtəlif startap kimi media-layihələrin müzakirəsi də olacaq. Xüsusən, KATV1 şirkəti startapları, o cümlədən internet televiziyası, radiovision və s. Kimi sahələrdə hələ də “ideya” şəklində olan layihələri müzakirə etməyə hazırdır.

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə