KATV1 Çempionat iştirakçılarını genişzolaqlı internetlə təmin edəcək

01-09-2016 / 11:14

2-4 sentyabr tarixlərində KATV1 şirkətinin tərəfdaşlığı ilə Badamdar Hotel Baku (keçmiş Kempinski) otelində Kompüter oyunları üzrə 10-cu Milli Azərbaycan Çempionatı keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, sözügedən çempionat çərçivəsində CS:GO, FIFA 16, HS oyunları üzrə regional seçmə mərhələsi, DOTA, LoL, PB oyunları üzrə isə milli final mərhələsi keçiriləcək.

Çempionat çərçivəsində dörd komanda yarışı (Counter Strike: Global Offensive; Dota 2; Point Blank; League of Legends) və üç fərdi növ yarışı (Hearth Stone; Super Streat Fighter V; FIFA 2016) təşkil olunacaq.

Tədbirin təşkilatçıları: Kompüter Oyunları Milli Assosiasiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası (İnternational E-Sport Federation” federasiyasılə əməkdaşlıq çərçivəsində CS:GO; LoL; HS oyunları üzrə Dünya Çempionatında iştirak üzrə seçmə mərhələsi də keçirilir).

Finalçıların ümumi sayı – 258 olacaq (seçmə oyunlarını nəzərə almasaq). Bütün oyunlar üzrə mükafatçıların ümumi sayı isə 69 olacaq (birinci, ikinci və üçüncü yer üzrə müvafiq olaraq 23 komanda).

Gənclərin müxtəlif şəbəkə kompüter oyunlarına böyük marağını nəzərə alan KATV1 şirkəti istifadəçiləri dəstəkləmək qərarına gəlməklə yanaşı bu istiqamətdə yeni-yeni xidmətləri inkişaf etdirməyi də planlaşdırır.

Hazırda seçmə oyunlarının onlayn (şəbəkə) formatda təşkili üzrə WarGaming şirkətilə danışıqlar aparılır. Final oyunların LAN üzərindən keçirilməsi planlaşdırılır.

Turnirin bütün finalçılarına KATV1-in genişzolaqlı internet xidmətlərindən istifadə etmək imkanı təqdim ediləcək.

Yarışlar saat 09:00-da başlayacaq. Azarkeşlər üçün giriş pulsuzdur. 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə